Magazin1
Şəbnəm Tovuzludan Səidəyə cavab: "Bizi mahnılarımızla alçaltmaq..."
Müğənni Şəbnəm Tovuzlu MTV Azərbaycan televiziyasında yayımlanan "Tarixin bir günü" verilişində həmkarı Səidə Sultanın tənqidinə cavab verib.
Publika.az xəbər verir ki, Şəbnəm Tovuzlu Səidə Sultanın "Azərbaycan musiqisi zay gündədir" fikrinə belə reaksiya göstərib:
"Səidə Sultan dostumuzdur, onu çox istəyirəm. Bunu bir kənara qoyaq, amma bizi küçümsəmək və kateqoriyalara bölmək düzgün deyil. Əminliklə deyə bilərik, istəsək onların da janrında oxuyarıq. Kütlə qarşısında, reytinqdə bir yerdə duraq, görək kim yüksəkdə olacaq!? Buna qalırsa, biz hər zaman yüksəkdəyik. Heç kimi küçümsəmək olmaz. Əgər mədəniyyət, əxlaq, insanlıq geyim və bəzi hərəkətlərlə ölçülürsə, mən hər zaman deyə bilərəm ki, geyimimdə əxlaqlı və gözəl geyinən insanlara örnək bir xanımam. İfam, tərzim, xanımlığım da öz yerindədir. Bizi mahnılarımızla alçaltmaq heç kimin haqqı deyil".
Şəbnəm Tovuzlu Röya Ayxanın jestinə də cavab verib: "Hər zaman Röya xanımın sənətinə və özünə xanım kimi hörmətim olub. Dedim ki, Röya xanıma 20 min də verərəm, gəlsin övladımın şad günündə mahnı oxusun. Onun cavabı da məni qane etdi. Açıqlamasında dedi ki, sənətdə olan xanımdırsa, ürəyim istəyərsə, qonaq kimi də oxuyaram. Ona çox sağ ol deyirəm. Əsl xanım o cür deməli idi". (Teleqraf.com)
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi







.jpg)
.png)



























