Magazin1
Qazi toyunda müğənnilər arasında qalmaqal niyə baş verib? - TƏFƏRRÜAT
Xalq artisti Miri Yusif və müğənni Sevinc Musayeva arasında baş vermiş məhkəmə qalmaqalının təfərrüatı məlum olub.
Publika.az xəbər verir ki, başa çatmış cinayət materiallarında qeyd edilib ki, xüsusi ittihamçı Miri Yusif xüsusi ittiham qaydasında şikayətlə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Musayeva Sevinc Aydın qızının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş edib.
Miri Yusifin şikayəti onunla əsaslandırılıb ki, təxminən 2 yanvar 2022-ci il tarixdə yutub sosial şəbəkəsində onun əvvəllər tanımadığı Sevinc Musayeva adlı qadın özünün çəkdiyi videoçəkiliş vasitəsi ilə onun barəsində böhtan xarakterli məlumatlar yayıb və təhqir edib:
“Belə ki, o, 29 dekabr 2021-ci il tarixində saat 22:30-da Bakı şəhərində yaşayan qazinin toy məclisində iştirak edib, orada mahnı ifa edərək təbrik etməyi planlaşdırıb, qeyd edilən vaxtdan təxmini yarım saat əvvəl ora yaxınlaşıb. Həmin vaxt orada ondan başqa digər sənətçilərin də olduğunu görüb. Miri Yusifi qazinin qohumları və dostları qarşılayıblar. Oxumaq üçün onun növbəsi çatanda əvvəllər tanımadığı Sevinc Musayeva adlı qadının səhnədə mahnı oxuduğunu görüb. Sevinc Musayeva təxminən 20-25 dəqiqə ərzində mahnı ifa edib, o da qadınıni ifasını bitirməsini gözləyib. Sevinc Musayeva ifasını bitirdikdən sonra isə Miri Yusif səhnəyə daxil olaraq mahnı ifa etməyə başlayıb. Qazinin qohumları bir neçə dəfə ona yaxınlaşaraq Sevinc Musayevadan ifasını yekunlaşdırmasını istəyəcəklərini dedikdə, o, buna qarşı olduğunu, heç bir yerə tələsmədiyini, Sevinc Musayeva mahnısını ifa edib qurtardıqdan sonra mahnılarını ifa edəcəyini söyləyib.
Sevinc Musayeva isə toy məclisində baş verməyən hadisəni uyduraraq qalmaqalla məşhurlaşmaq istəyib. Bu məqsədlə yutub sosial şəbəkəsində özünə aid hesabda Miri Yusifin barəsində bilə-bilə onu nüfuzdan salan yalan məlumatlar yayaraq Xalq artistinə böhtan atıb, həmçinin onu təhqir edib. Sevinc Musayeva qeyd edilən çıxışını ev şəraitində özünə məxsus hesabda yerləşdirib. Daha sonra isə qeyd edilən videoçəkiliş bir neçə portalda və digər kütləvi informasiya saytlarında dərc edilib.
Həmin videoçəkilişlə Sevinc Musayeva məhz onun adından istifadə edərək məhşurlaşmaq istəmiş, həmin videoçəkilşin altında internet informasiya resursunda özünü reklam etmək məqsədi ilə özünün əvvəllər yerləşdirdiyi videoçəkilişlərə keçid kimi istifadə etmək üçün #sevincmusayeva #bakiliqiz “heşteq”ləri yerləşdirmişdir ki, onun barəsində yerləşdirdiyi videoçəkilişə baxan şəxslər həmin “heşteq”lərdən istifadə edərək Sevinc Musayevanın kim olmasını görsünlər. Sevinc Musayeva onun adından “istifadə” etməklə hal-hazırda qismən də olsa “məhşurlaşmışdır”.
Qeyd edilən toyda Miri Yusif heç kimi Sevinc Musayevanın yanına göndərməmiş və heç kimə ifasını kəsməsini deməmişdir. Sevinc Musayeva videoçəkilişində də heç bir yerdə şəxsən onun mahnı ifasını kəsməsini istəməsini deməmişdir. Belə olan, halda Sevinc Musayevanın ifasını kəsməyi tələb edən şəxsləri məhz onun göndərməyini deməsi ən azından əsassız olmuşdur. Çünki belə bir hadisə olmamış, nə o, Sevinc Musayevadan ifasını kəsməyi tələb etməmiş, nə də ki, bunu etmək üçün yanına heç kimi göndərməmişdir. Bunu ifadələrində həm toyu olan qazi, həm də onunla həmin məclisdə iştirak edən digər şəxslər də təsdiq edə bilərlər. Videoçəkilişdə dediyi hadisələr həqiqətən olsa idi, o, elə həmin vaxt ona yaxınlaşaraq, bununla əlaqədar öz etirazını bildirə bilərdı. Sevinc Musayevanın bunu etməməsi, bunu bir gün sonra və məhz videoçəkiliş vasitəsi ilə internet üzərindən yayaraq deməsi, ona qarşı dediklərinin məhz “məşhurlaşmaq”, “gündəmə düşmək”, “mən də varam” demək istəməsindən irəli gəlmişdir. Sevinc Musayeva qeyd edilən videoçəkiliş zamanı dediyi ifadələrlə ona böhtan atmış və təhqir etmişdir. Sevinc Musayeva çıxışında daim Miri Yusifin Xalq artisti olmağını vurğulayaraq ona böhtan ataraq, Xalq artisti adının ona əsassız verilməsini deyib, onun və digər Xalq artistlərinin hansısa qurum yaratmaqları barədə ona və onunla bərabər digər xalq artistlərinə böhtan atıb”.
Xüsusi ittihamçının nümayəndəsi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Musayeva Sevinc Aydın qızı tərəfindən iddiaçının şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnməsinə səbəb olan yalan məlumatlar yaydığı vasitədən istifadə etməklə təkzib edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması, şərəf və ləyaqətə, işgüzar nüfuza dəymiş zərərin əvəzi olaraq cavabdehdən 15 min manat məbləğində pulun və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun tutularaq Miri Yusifin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilib.
Məhkəmə iclasına çağırılmış xüsusi ittihamçı və mülki iddiaçı məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilib.
Məhkəmənin qərarı ilə xüsusi ittihamçı Miri Yusif təqsirləndirilən şəxs Musayeva Sevinc Aydın qızı ilə barışdığından xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam verilib. İş üzrə mülki iddiaçı qismində tanınmış xüsusi ittihamçı tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilib.
(Pravda.az)
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO