Magazin1
Tolikdən Zaura İSMARIŞ: “Tanınmış sənətçini efirdən qovmaq tərbiyəsizlikdir”
Xəbər verdiyimiz kimi, Zaur Kamal dünən ARB kanalında yayımlanan verilişində cənubi azərbaycanlı müğənni Afşin Azəri efirdən uzaqlaşdırıb.
Publika.az xəbər verir ki, Tarix Əliyev (Tolik) məsələyə şərh bildirib. O, Afşinlə fotosunu instaqramda paylaşaraq onu müdafiə edib:
“Mən burada özümə nə reklam, nə də xal qazanmaq fikrindəyəm. Amma onu bilirəm ki, İranda Azərbaycan qanı daşıyan 40 milyon azərbaycan türkü var. Onlar bizi hər zaman özlərindən bilirlər.
Mən Afşini dəfələrlə efirimə dəvət etmişəm. Zaur da bu gün növbəti dəfə Afşini öz verilişinə dəvət edib. Amma illərlə televiziyada öz tamaşaçı kütləsini yığan və özü dediyi kimi, İranda yaşayan həmvətənlərimizin izlədiyi bir verilişdə ölkəmizdə qonaq olan tanınmış sənətçini canlı efirdən qovmaq kanalın adına tərbiyəsizlikdir.
Sabah İranda yaşayan erməni deyəcək ki, bəs deyirdiz öz vətənimizdir?! Bu da vətəninizdə sənətçinizi efirdən qovurlar.
Afşin, mən öz adımdan deyim ki, sən tərbiyən və səbrinlə bir çoxuna nümunə oldun! Yaşa! Bir də çox yaxşı dedin, kişi arasında olan söz elə kişi arasında qalar”.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO







.jpg)
.png)



























