Magazin1
Zaurun efirdən qovduğu müğənni danışdı: "Qurana and içə bilərəm ki..."
Güney Azərbaycandan olan müğənni Afşin Azəri ARB televiziyasında yayımlanan "Həmin Zaur" verilişində aparıcı Zaur Kamal tərəfindən canlı yayımdan qovulması səbəbini açıqlayıb.
Publika.az xəbər verir ki, Afşin Azərin MTV Azərbaycan kanalında bu sözləri deyib:
"Allahıma təşəkkür edirəm ki, bu qədər insanların sevgisini gördüm. Dünəndən bu sevgi mənə sübut olundu. Xalqımız mənə dayaq oldu. Danışan adam deyiləm, amma xalqımın, sevənlərimin və milyonların qüruruna görə buradayam. Yenə də sözümün üstündəyəm ki, iki kişinin arasında danışılan söz onların arasında qalmalıdır. Əgər buna riayət etmirsənsə, heç olmasa yalan danışma.
İnsan iki dəqiqənin içində necə yalan danışa bilər. Yalan danışırsan, icazə ver, cavab verim. Mən niyə Azərbaycandayam?! Niyə qonağam?! Mən qonaq deyiləm, bura mənim ölkəmdir. Mənim sözüm bu olub ki, efirinə dəvət edən qonağın səviyyəsini bilməlisən və onunla elə danışmalısan ki, fanatlarının acığına gəlməsin.
Dünyanın hər bir yerində efirə çıxanda fanatlarım mənimlə fəxr ediblər. Dostlarım, yaxınlarım mənə deyiblər ki, Zaur Kamalın verilişinə getmə. O insan hamıya yuxarıdan aşağı baxır. Amma demişəm ki, verilişə görə belə davranır, gözəl ürəkli insandır. Görürəm ki, çox səhv etmişəm.
Zaur Kamal efirdən on-on beş dəqiqə əvvəl başqa xanəndələrin adını çəkdi. Ona cavab verdim ki, mənim öz səviyyəmə görə davran, sən məni dəvət edirsən. Qardaş, indiyə qədər adımı başqa xanəndənin yanında çəkmisən? Qətiyyən olmayıb. Bəs, mənim yanımda niyə ayrı adamın adını misal çəkirsən?
Ustadımız Alim Qasımov yeganə azərbaycanlı sənətkardır ki, İranda konsert verir. Aparıcı onun səviyyəsini bilməsə necə olar?! Allah etməsin xətrinə dəyər.
Qurana and içib, deyə bilərəm ki, deməmişəm, qardaş, filankəsi efirə çağırma. Niyə bu sözü deməliyəm?! Hər kəsin əlindən öpürəm..."
(Teleqraf.com)
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)
.png)


























