Magazin1
"Afət Fərmanqızı barədə axtarış qüvvədədir" - Flora Kərimovanın vəkili danışdı
Xəbər verdiyimiz kimi müğənni Afət Fərmanqızının apelyasiya şikayəti təmin edilməyib.
Publika.az xəbər verir ki, Xalq artisti Flora Kərimovanın vəkili Xavər İsmayılova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Binəqədi Rayon Məhkəməsinin Afət Fərmanqızı barəsində verdiyi axtarış qərarından müğənni və vəkili şikayət vermişdi.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılması iyulun 1-nə təyin edilmişdi. Afət Fərmanqızı və onun vəkili məhkəmə iclasına gəlmədi. Məhkəmə iclasında şikayətə baxılması ilə əlaqədar Flora xanım və mən iştirak etdik. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətinə baxdı və şikayəti təmin etmədi. Binəqədi Rayon Məhkəməsi axtarış qərarı qüvvədə saxladı. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə şikayətə baxıldıqdan sonra cinayət işi Binəqədi Rayon Məhkəməsinə qaytarılmalı və axtarış işi davam etdirilməlidir".
Qeyd edək ki, müğənni Afət Fərmanqızının vəkili mayın 13-də Binəqədi Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)
.png)


























