Magazin1
Aybəniz Haşımovadan Aynişanla bağlı etiraf: "Müdaxilə etmirəm"
Əməkdar artist Aybəniz Haşımova MTV-də qonaq olub.
Publika.az xəbər verir ki, Aybəniz Haşımova qızı Aynişan Quliyevadan danışıb:
"Mahnılarımı oxuyanda ilk olaraq Aynişana deyirəm ki, necə oxumuşam? Mənə baxıb gülür və deyir ki, mama, sənə nə deyim. Cavab verirəm ki, gör qulağına necə yatır? Deyir ki, belə etmə utanıram. Geyimlərdə aksessuarlardan istifadə edəndə qızıma deyirəm ki, yaraşdımı? Aynişanla məsləhətləşirəm, amma öz bildiyimi edirəm. O da deyir ki, bəs, niyə soruşurdun?! Deyirəm ki, fikrin mənə maraqlı idi".
Əməkdar artist aparıcının "Aynişan Quliyevanın ifaçılığı ikinci plana keçdi. Buna siz müdaxilə etdiniz?" sualına "Vallah yox... Aynişan nə qərar verirsə, özü edir. Mən ona müdaxilə etmirəm. Sadəcə nəsə soruşanda öz fikrimi deyirəm, amma heç vaxt heç nəyə məcbur etmərəm. Mən tələbələrimlə də beləyəm. Onlara oxumağı öyrədirəm. Düzünü başa salmaq lazımdır, amma məcbur etmək olmaz", - deyə cavab verib.
Əməkdar artist bayağı ifa edən ifaçılara da ismarış göndərib: "Bayağı ifaçı yoxdur, bayağı ifa var. O musiqilər başqa ölkənin musiqiləridir. Yaxşı olar ki, bu tip mahnıları daha gözəl şəkildə ifa etsinlər. İfa tərzi düzgün deyil. Xüsusilə də mahnıların əksəriyyəti fars mahnılarıdır. Amma onların sözlərini dəyişib, niyə elə oxuyurlar, bilmirəm. Tərzlərini başa düşə bilmirəm, bunu kimdən öyrəniblər?! Axı, xarici ifaçıların özləri elə oxumayıblar. Özüm də baxa-baxa qalmışam ki... Hamısının səsi və istedadı var. İstedad Allahdan verilən nemətdir. Yanaşma niyə belədir?! Hərdən tənqid edilən müğənni dostumuza zəng edib, demək istəyirəm ki, bir yerdə mahnı oxuyaq. Camaat onun nə qədər istedadlı olmasını görsün. Çünki bilirəm ki, düşündüyüm əsəri oxusa çox gözəl ifa edəcək. İstəmirəm insanlar onlara elə yanaşsınlar. Tamaşaçının fikrinə söykənərək istəyirik ki, mahnılar belə səslənməsin. Deyirlər ki, efirlər korlayırlar. Yaxşı efirdən bu tipli mahnıları yığışdırsınlar, onlar yutubdan dinləyəcəklər. Ona görə də çarə bu deyil ki, o müğənniləri efirlərdən yığışdırsınlar. Rusiyada belə bir kanal var, xalqın bəyənmədiyi musiqilər həmin kanalda səslənir, həmin müğənnilər başqa kanallara getmirlər. Belə bir fərqlənmə yaranıb.
Belə janr olmasın. Azərbaycan musiqisinə ziyandır. Öz tərəfimdən təbliğ etdiyim musiqiləri cavabdehliyini daşıyıram. Hər millət öz mədəniyyəti və tarixi ilə tanınır. Azərbaycanın bu qədər musiqi tarixi var. Biz musiqi mədəniyyətimizi qorumalıyıq. Bilirəm ki, bunlar dolanışıq xətrinə olan hallardır. Həmin ifaçılar bu musiqilərlə istedadlarını kölgə altına alırlar".
(Teleqraf.com)
-
Region14:36Paşinyanın seçki kampaniyasında qalmaqal - VİDEO
-
MDB14:28Ukrayna son sutkada 1400-ə yaxın hərbçi itirib? - Şok iddia
-
Magazin214:20Trampın qızı qəribə geyimi ilə gündəm oldu - FOTO
-
Magazin214:0249 yaşlı Şakiranın yeni imici - FOTO
-
Enerji13:53İşğalda olan şəhərdə böhran - Benzin talonla alınacaq
-
İqtisadi gündəm12:24Yağışlar məhsuldarlığa mənfi təsir edib? - Bazarlarda meyvələrin qiyməti(VİDEO)
-
Yaxın Şərq11:53İsrail ordusu bu tarixi məkanı ələ keçirdi
-
Ekologiya11:25Azərbaycanın bu ərazisinə qar yağdı - FAKTİKİ HAVA


































