Magazin1
Müğənni Nəfəs: “Keçmiş həyat yoldaşımı heç vaxt qəbul etmərəm” - MÜSAHİBƏ
Publika.az müğənni Nəfəsin müsahibəsini təqdim edir:
- Nəfəs xanım, zaman adlı bir “at” sizi haradan götürüb haraya apardı?
- Zaman məni keçmişdən götürüb gələcəyə doğru apardı.
- Keçmişinizdə nə var idi?
- Keçmişdə çox çətinliklərim olub. Amma indi o çətinliklər arxada qalıb. İndi öz ayaqlarım üzrəində dayanmağa və gələcəyə doğru yaxşı addımlar atmağa çalışıram.
- İndi olduğunuz yerdən razısınızmı?
- Qısa zaman kəsiyində bu qədər uğur əldə etmişəmsə, razı olmaya bilmərəm.
- Öz əlinizlə nə vaxtsa baltalanmısınızmı?
- Belə məqamlar çox olub. Bunu indi də yaşayıram. Düşüncələrimdə çox səhv etmişəm.
- Həmin məqamlarda intihara cəhd etmisinizmi?
- Bəli, bir neçə dəfə intihar etməyə cəhd etmişəm. Amma sonra fikrimdən daşınmışam.
- Sizi intihar etməyə sövq edən nə idi?
- Həm maddi, həm də mənəvi problemlərdən çox yorulmuşdum.
- İndi məşhursunuz. İnsanlar sizə yaxınlşanda hansı hisləri keçirdirsiniz?
- Bu hal mənə çox xoş olur. Həmin an özümlə və sənətimlə qürur duyuram. Amma pis baxışlar olanda çalışram ki, fikir verməyim.
- Kişilərin sizə baxmağı sizi narahat edirmi?
- Təbii ki, narahat etmir. Hansı qadın kişilərin diqqət mərkəzində olmağını istəməz ki?
- Daha çox nə ilə diqqət çəkirsiniz?
- Məncə, sadəliyim və təbəssümümlə daha çox diqqət çəkirəm.
- Özünüzlə dartıb apara bilmədiyiniz bir “yük” varmı?
- Mən həyatın o qədər “yük”ünü daşımışam ki, artıq öyrəşmişəm. İndi heç bir “yük”ü dartıb aparmaq mənə çətin gəlmir.
- Şüşəsindən çölə həsrət dağılan pəncərələrdən çox baxmısınız?
- İnsan bəzən azadlıqda olsa da, pənəcərədən baxdıqda nələrisə, kimlərisə gözləyir. Ümumiyyətlə, mən xəyalpərəst insanam. Çox xəyallar qurmuşam.
- Konkret desək, kimi gözləmisiniz?
- Mən ailəmə çox bağlı insan olmuşam. Təəssüf ki, alınmadı. Ayrıldıq.
- Niyə ayrıldınız?
- Bilirsiniz, müəyyən şeylərə göz yummaq olur. Amma bir yerə qədər. İnsanın səbrinin tükəndiyi anlar var.
- Siz məşhur olduqdan sonra həmin insan sizinlə yenidən ailə qurmaq istədimi?
- Bir neçə dəfə bunu hiss etmişəm. Amma olsa da, mən heç vaxt qəbul etmərəm.
- Kaş ki, gözüm kor olardı, onu görməyəydim və ya nəyi?
- Elə insanlar olur, adam deyir, kaş ki, onu görməyəydi.
- Sizin üçün o insan olubmu?
- Olub. Həyatımda biri var idi, amma artıq yoxdur.
- İkinci dəfə ailə qurmaq fikriniz varmı?
- Belə bir fikrim yoxdur. Bu gedişlə olmağına da inanmıram.
- Dodağınızdan qəlbinizə axıb gedən nə oldu?
- Peşmançılıqlar… Yenə də deyirəm ki, səhvələrim çox olub.
- Kiminsə qazdığı quyuya düşmüsünüzmü?
- Əvvəllər çox düşürdüm. Hətta sənət yoldaşlarımın bəziləri məni sənətdən uzaqlaşdırmaq istəyirdi.
- Göz yaşlarına inanırsınızmı?
- Mənim altıncı hissim güclüdür. İnsana baxanda onu nə düşndüyünü, hansı hislər keçirtdiyni yaxşı bilirəm.
- Əliniz ətəyinizdə çox qalıb?
- Çox qalıb. Çünki bütün çətinliklərə tək sinə gərməyə çalışmışam.
- Yatsanız, yuxunuza nə girməzdi?
- Aciz olmağım… Bir çox məsələdə aciz qalıram.
- Sizin üçün nə samanlıqda iynə axtarmaq kimi bir şeydir?
- Düzgün insanları tapmaq çox çətindir.
- Deyəsən, çox kövrək insansınız…
- Çox kövrəyəm. Bu da məni çox yorur və aciz edir.
- Balaca bir qızcığazın gəlinciyini əlindən tez aldılar?
- Mənim heç vaxt gəlinciyim olmayıb (kövrəlir). Çünki onu almağa imkanımız yox idi. Böyüdükdən sonra özümə gəlincik aldım.
- Maddi ehtiyaca görə sizə dəyərli olan nəyinizisə satmısınız?
- Satmamışam. Amma ehtiyaca görə dükanda satıcı işləmişəm.
- Nəfəsin bir nəfəs qədər özünə yaxınlaşdırıb sonradan uzaqlaşdırdığı insan kimdir?
- Atam. Onu nəfəsimə çəkdim, amma mən istəmədən məndən uzaqlşadı. Rəhmətə getdi.
- Mən axı haradan biləydim ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən axı haradan biləydim ki, bu qədər çox sevilərəm.
Cavidan Abdullayev
-
Hadisə21:24“Ev cəhənnəmə yansın, yoldaşımla nəvəmi son anda çıxarıblar” - VİDEO
-
Magazin121:12Dilarə Kazımovadan açıq-saçıq pozalar - FOTO
-
İdman20:48Nazir Elşən Hüseynova yüksək vəzifə verdi
-
Hadisə19:36Bakıda yaşayış binasındakı yanğın məhdudlaşdırıldı - YENİLƏNİR
-
Avropa19:00Makron ictimaiyyət qarşısına görün nə halda çıxdı - Xanımı vurub?
-
Sağlamlıq18:48Qış depressiyasından necə xilas olmaq olar? - SADƏ ÜSULLAR
-
Dünya17:26Putindən böyük dəstək gəldi: Türkiyə üçün yeni dövr başlayır
-
Sosial17:22Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı

















.jpg)



















