Magazin1
Məşhur aparıcı gileyləndi: "Utanılası bir şey olmamalıdır"
Azca, sağlamlığa zərər verməyən köklük, qarındakı yağlanma, saçların tökülməsi-keçəlik müəyyən yaşdan sonra mübarizə aparılası, utanılası bir şey olmamalıdı. Hər kəs gur, qap-qara saçlı, sıfır yağ bədənli olmaq məcburiyyətində deyil.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Turan İbrahimov deyib. Aparıcı bildirib ki, kişilər xarici görkəmdə ideallığa qaçmalı deyil.
"Saç əkdirmək, saç boyatmaq, bədən şəkilləndirmək təbiiətimizə zidd olduğu kimi, individuallığımızı da əlimizdən alır. Artıq hər kəs bir-birinin kopyası olmağa başlayıb.
Gənc və sağlam qalmaq hər zaman əsas hədəfimiz olmalıdı. Amma buna sağlam həyat tərzi sürməklə nail olmalıyıq, özümüzü büt edib, sitayiş etməklə yox.
Kim deyib ki, normal həddə kilolu olmaq çirkinlikdi?!
Kim deyib ki, seyrək saçlı, keçəl olmaq yaxşı deyil?!
Normal kişi gigiyenası yerində, səliqəli, təmiz geyimdə, ən əsası da işində-gücündə oldumu məncə, bəsdi", - aparıcı yekunda qeyd edib.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO







.jpg)
.png)


























