Magazin1
Bu tarixdə məşhur azərbaycanlıların bütün sirləri ifşa olunacaq - VİDEO/FOTO
Əməkdar artist Dilarə Əliyeva, aktyorlar Elcan Rəsulov, Ziya Ağa, Oktay Mehtiyev, Fərhad Səmimi, aktrisalar Günay Əhməd, Oksana Rəsulovanın çəkildiyi “Dönənlər” filminin treyleri yayımlanıb.
Publika.az xəbər verir ki, layihə 28 dekabrda Nizami Kino Mərkəzində təqdim olunacaq. Filmin afişası “Siz ailə məclisində telefonlarınızı masaya qoyub gələn zəngləri mikrofonda, “WhatsApp” mesajlarını isə hamının yanında oxuyub cavab verməyə risk edərsiniz? Təbii ki yox! Amma onlar bunu etdilər…” şüarı ilə paylaşılıb.
Qeyd edək ki, “Perfect Strangers”in ekran işi 2017-ci ildən bugünə qədər dünyanın 25-ə yaxın ölkəsində çəkilib. Bu il isə Azərbaycanda lentə alınıb. Ölkəmizdə bu formatda film ilk dəfədir ki, çəkilir. Onu da bildirək ki, Paulo Cenevisin çoxsaylı mükafatlara layiq görülmüş komediyası müasir texnologiya əsrində “Özümüzə yaxın olanları nə dərəcədə yaxşı tanıyırıq” sualını ortaya çıxarır.
Filmdə illərdir dost olan 7 nəfər şam yeməyində görüşür. Onlar bir oyun oynamağa qərar verir. Qaydalara əsasən dostlar mesajlarını, zəngləri bir-biri ilə paylaşmaq məcburiyyətində qalırlar. Bu zaman onların sirləri ortaya çıxır və hadisələr fərqli tərəfə yönəlir.
Ekran əsərinin ssenari müəllifi Fariz Əliyev, Əcəmi Əsədulla, rejissoru Vüsal Hacıqədirdir. Posteri isə fotoqraf İsmayıl Rzayev və dizayner Pərviz Babayev birgə hazırlayıblar.
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi







.jpg)
.png)


























