Magazin1
"Kişilər elə ağlayır, elə ağlayır ki..." - Müğənni - VİDEO
Evdə iki ağıllı, kamil insanın yaratdığı demokratik ab-hava olmalıdır. Ən əsası valideynlər övladın yanında bir-birini təkzib etməməlidir. Tərəddüd və iradlar varsa, kənara çəkilib deyilməlidir ki, sən bu sözü düz demədin.
Publika.az xəbər verir ki, bu sözləri “Düzünə qalsa” verilişində qonaq olan bəstəkar-müğənni Murad Arif deyib. Məşhur bildirib ki, kişi yumruğunu masaya vurmaqla özünü təsdiq etməyə çalışmalı deyil:
“Münasibətlərdə bərabərhüquqlu olmağın tərəfdarıyam. Kişi yumruğunu vurub özünü xatırlatmalı deyil. Niyə? Məgər bu qədər biçarə, zəifdirmi? Məgər onun qayğısına qalmırlar evdə? Kişi sevilirsə, yumruğa ehtiyac varmı və yaxud tam əksinə! Münasibətdə sevgi, hörmət, qayğı önəmlidir. Hər şeyi paylaşmaq olar”.
Atasının xatirəsindən danışan ifaçı bu itkinin onu dərindən sarsıtdığını da qeyd edib:
“Bir söz var, deyirlər, kişilər ağlamaz. Kişilər elə ağlayır, elə ağlayır ki... Amma bunun kameralara aidiyyatı yoxdur. Sonuncu dəfə atam rəhmətə gedəndə ağlamışam. Mənə elə gəlir ki, kifayət qədər tutarlı səbəb olmalıdır ki, dəmir xarakterli insanlar ağlasın. İnsanı bundan şiddətli nəsə qıra bilməz! Bu elə bir şeydir ki, sənin ixtiyarından çıxıb artıq. Atamı görsəm heçnə deməzdim. Elə şeylər var ki, mən o barədə danışmıram ki. Mən onu baxışlarımla ifadə edərdim”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp









.jpg)















.jpg)
.jpg)





