Magazin1
Roza lüks mənzili ilə GÖZ QAMAŞDIRDI - VİDEO
Müğənni Roza Zərgərli lüks mənzilini nümayiş etdirib.
Publika.az xəbər verir ki, “Ulduzla canlı-canlı” verilişinin çəkiliş heyəti sənətçinin dəbdəbəli mənzilinə yollanıb.
Klassik üslubda dizayn edilmiş mənzilin divarları, döşəməsi və tavanı ağ rənglə boyadılıb. Evdə olan mebel əşyaları, eləcə də aksesuarların çox hissəsi qızılı tonlardadır.
Diqqət çəkən məqam isə qonaq otağında olan ağ rəngdə piano və divarlarda asılmış portretlər olub.
Portretlərin birində evə gələn qonaqlar orada əks olunan şəxsin Ayna Sultanova olmasını desələr də, lakin Roza bunu inkar edib. O, portretdə öz şəklinin əks olunduğunu bildirib.
Zərgərlinin digər portret haqqında açıqlaması isə marağa səbəb olub:
“Həmin portretdə aynanın içində mənim əksimdir. Özüm özümə baxıram. Qucağımdakı körpə isə 40 günü tamam olmayan sənət yoldaşımın – Samirə Əliməryəmin övladı Məryəmdir. Onu evimizə gətirib, qucağımda şəklini çəkdik. Sonra həmin şəkli rəssam tabloya çəkdi. Bu tablonun mənası odur ki, hər bir qadın arzu edir ki, özünü ana görsün. Bu tablo çox maraqlı alınıb. Belə 12 ədəd rəsm əsəri var ki, orada əsas qəhrəman özüməm”.
(bizim.media)
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO







.jpg)
.png)


























