Magazin1
"Zeynəb Xanlarovadan sonra bunu Aygün Kazımova etdi"
"Aygün Kazımova illərin sınağından keçmiş dostumdur. Onun illər ərzində musiqiyə, incəsənətə verdiyi töhvələr ən gözəl alqışa layiqdir. O, saf sənət niyyətli insandır. Ona görə də onu yolu, mövqeyi, əvəzolunmaz yeri hər zaman möhkəmdir".
Publika.az xəbər verir ki, bu sözləri "Evdəkilərə salam" verilişinin efirində Xalq artisti Aygün Kazımovanı ad günü münasibəti ilə təbrik edən Xalq artisti Murad Dadaşov deyib.
"Aygün Azərbaycan estradasının nəinki parlaq və parlayan ulduzudur, eyni zamanda inqilabi bir şəxsdir. Həmişə bunu demişəm, deyirəm və yenidən təkrar edirəm; necə ki, vaxtı ikən böyük sənətçimiz, SSRİ Xalq artisti Zeynəb Xanlarova Azərbaycan musiqisinə inqilabi gəlişi ilə yeni töhfə verdi, eyni ilə Aygün də ən müasir dövrdə eyni dərəcə ilə səhnəyə təşrif buyurdu və dəbin formalaşmasında çox önəmli rol oynadı" deyə, şoumen sözlərinə əlavə edib.
Dadaşov Kazımova ilə bağlı maraqlı nüansı açıqlayaraq onun ifa texnikasını heç kəsin təkrara edə bilməyəcəyini etiraf edib:
"Bir maraqlı detalı da bölüşmək istəyirəm. Vaxti ilə "Yeni ulduz" müsabiqəsinin münsif kürsüsündə əyləşmişdim və iştirakçılar müxtəlif mahnılar oxuyurdular. Kimisi gəlirdi o ifaçıdan, kimisi də bu müğənnidən oxuyurdu. Aygün xanımın mahnılarına gəlib çatanda və akapella, yəni musiqisiz ifa olunanda o zaman bilindi ki, ifa texnikasına görə, nə qədər mürəkkəb mahnılardır. Bizim hər birimizə asan gəlir o mahnılar - "Şəklimi çək", "Badə nə badə", "Matros" və digər dillər əzbəri olan mahnılar,. Aygünün ifası və ifa texnikası çox mükəmməldir. Onu hər adam təkrar edə bilməz". (Axşam.az)
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi
-
ABŞ1 Mart 18:36Trampın İranla bağlı növbəti planı











.png)



















.jpg)
.jpg)




