Magazin1
Xalq artistinin ad günündə DOLLARLAR HAVADA UÇDU - VİDEO
Xəbər verdiyimiz kimi, yanvarın 26-da Xalq artisti Aygün Kazımova özünə təmtəraqlı doğum günü keçirib.
Publika.az xəbər verir ki, sənətçi həm də doğum günü ilə bağlı bir neçə verilişə dəvət olunub. Əməkdar artist Dilarə Əliyevanın "Söhbət var" verilişinin dünənki buraxılışında qonaq olan Aygün Kazımova qınaq obyekti olub. Buna səbəb ulduzun proqramda dollarları yerə səpməsi olub. Pulu yerə tökdüyü üçün o, sosial mediada tənqid olunub. Lakin məlum olub ki, yerə tökülən pullar saxtadır.
Bundan başqa, verilişdə Xalq artistinə doğum günü hədiyyəsi olaraq böyük bir dollar buketi verilib. Dollar buketini görən müğənni "Onu tez aparın qoyun maşına" deyib.
View this post on Instagram
A post shared by Söhbət Var (Arb Tv)
Tanınmış psixoloq Gülnar Orucova dollar buketlərinin hədiyyə olaraq verilməsi və pulun yerə səpilməsinə münasibət bildirib. O, qeyd edib ki, hədiyyə bir insanın digər insana sevgisinin diqqət, qayğı və verdiyi dəyərin göstəricisidir.
"Əvvəllər deyilirdi ki, hədiyyənin böyüyü və kiçiyi olmaz. Son dönəmlərdə görürük ki, xüsusi ilə xanımların fikirləri dəyişib. Artıq xanımlar onlara daha bahalı hədiyyələr verən insanları seçirlər. Qadınların sevgidən çox pula önəm verdiyini deyəndə məni qınayırlar, tənqid atəşinə tuturlar. Araşdırma aparsaq, görərik ki, qadınlar sevgidən çox pula önəm verirlər. Kifayət qədər tanınmış müğənnilər efirə çıxıb açıq şəkildə deyir ki, mənə onun görünüşü yox, kişi kimi arxamda dayanıb maddi dəstək olması maraqlıdır. Bəzən xanımlardan eşidirəm ki, hədiyyə yox, müəyyən bir məbləğdə pul istəyirlər".
Psixoloq qeyd edib ki, hədiyyə pul şəklində yox, hədiyyə olaraq gəlməlidir:
"Hədiyyə bir sürprizdir, insan istər qarşı tərəfdən, istərsə də, əzizlərindən o sürprizi hər zaman gözləyir.
Pulun yerə səpilməsinə gəldikdə, bir vətəndaş kimi münasibətim xoş deyil. Pul əsginazdır, pul dövlətindir, onu ayaqlar altına ata bilməzsən. Bəzən toylarda görürük ki, bizim pullar ayaqlar altındadır. Kiməsə imkanlı olduğunu göstərmək və təsdiq etmək üçün əsginazın ayaqlanmasına icazə verirsən. Normal deyil".
Bizi Telegram-da izləyin
Oxumağa davam et
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO







.jpg)
.png)


































