Magazin1
Aysun ikinci evliliyindən DANIŞDI: "Həyat yoldaşım boş-bekar, avara... " - VİDEO

Müğənni Aysun İsmayılova ikinci evliliyindən danışıb.
Publika.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında ona evliliyi ilə bağlı verilən saysız-hesabsız suallara həyat yoldaşı vəkil Ramil Vəliyevlə avtomobildə gedərkən paylaşdığı videoaçıqlaması ilə cavab verib.
Aysun həyat yoldaşının üzünü gizlətməsinə belə reaksiya bildirib:
"Hər şənbə və bazar həyat yoldaşımla səhər yeməyinə gedirik. Hamı rəylərdə yazır ki, niyə həyat yoldaşını göstərmirsən, onsuz da bilirik o, kimdir. Ona görə göstərmirəm ki, həyat yoldaşım boş-bekar və avara insan deyil.
O, ali savadlı, şou-biznesə aid olmayan şəxsdir. Bu, mənim şəxsi həyatımdır. Mən şəxsi həyatımla bağlı, daha dəqiq desək ikinci evliliyimlə bağlı heç bir açıqlama verməyəcəkdim, sadəcə hər kəs bu məsələ ilə bağlı soruşduğu üçün 2 aydan sonra açıqlama verdim ki, 2-ci dəfə ailə həyatı qurmuşam".
Aysun İsmayılova daha sonra paylaşımında vəkil əri Ramil Vəliyevlə Dağüstü parkda gəzinti zamanı əl-ələ tutmasının görüntüsünü çəkərək səhifəsində yayımlayıb.
Müğənni həmin kadrlara ərinin adını da işarələyib.
Qeyd edək ki, Aysun İsmayılova ötən ilin mayında həyat yoldaşı Eşqin Cəlilovdan rəsmi şəkildə boşanıb. Aysunun anası müğənni Rəqsanə İsmayılova boşandıqdan sonra qızının həyat yoldaşı Eşqin tərəfindən dəfələrlə döyüldüyünü və təhqirlərə məruz qaldığını söyləyib.
Daha sonra Eşqin hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində 30 sutka həbs qərarı çıxarılıb. Bundan sonra Aysun şikayət ərizəsini geri götürdüyü üçün Eşqin azadlığa çıxıb.
-
Nida Xəbər 13:30
Bakı ilə İrəvan mütləq bunu etməlidir - Paşinyan açıqladı
-
İdman12:40
İntim danışıqları sızdırıldı: Braziliyalı model "Real"ın ulduzunu biabır etdi - FOTOFAKT
-
Rəsmi xronika12:34
Prezident Düşənbədə mühüm iclasda çıxış etdi - YENİLƏNDİ/VİDEO
-
Sosial12:28
Pensiya alanlara şad xəbər!
-
Nida Xəbər 12:01
Bakı İqor Kartavıxı azad etdi - Moskva da bir azərbaycanlını sərbəst buraxdı
-
Nida Xəbər 11:46
Lukaşenko Əliyevin yanında Paşinyana belə "ilişdi": Bizsiz heç yerə gedə bilməz - VİDEO
-
Nida Xəbər 10:38
Əliyevlə Putin qeyri-rəsmi görüşdə belə qucaqlaşdılar - VİDEO
-
İqtisadi gündəm10:14
Dünyada yumurtanın ən ucuz olduğu ölkələr: Azərbaycan da var