Magazin1
Sevda Əliqızı: "Səməd Səmədovu itirəndən sonra çox peşiman oldum" - VİDEO
"Səməd Səmədovun dünyasını dəyişməsinə hələ də inanmıram. Mən onun məzarını dəfələrlə gedib ziyarət edirəm. Səmədin ad günündə, bayramlarda onu ziyarət edirəm. Bunu onun ailəsi də bilir. Mən haqqı-sayı itirən insan deyiləm. Baxmayaraq ki, biz son illərdə sənət baxımından ayrıldıq, amma dostluğumuz davam edirdi".
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Əliqızı qonaq olduğu "7 tamam" verilişində deyib.
Duet ortağı mərhum Xalq artisti Səməd Səmədovdan söz açan sənətçi zamanında ona dəyər vermədiyi üçün peşimançılıq çəkdiyini söyləyib:
"Biz 15 il birlikdə çalışdıq. Səmədlə bərabər işlədim. Xoş günlərimiz də olub, aramızda narazıçılıqlar da olub, küsüb-barışmışıq. Mən çox heyifsilənirəm ötən günlərə görə... Mən zamanında ona çox önəm verməmişəm. Vaxtında o dəyəri çox qiymətləndirmədim.
Səmədi itirəndən sonra çox peşman oldum. Kaş o şeylərə ona zamanında deyərdim ki, Səməd çox sağol hər şeyə görə,... Amma ona bunları deyə bilmədim. Hər dəfə onun məzarını gedib ziyarət edəndə deyirəm. O sağolu Səmədin sağlığında mənə göstərdiyi insanlığına, səmimiyyətinə, sadəliyinə görə deyirəm.
Səməd özünü yanındakı müğənnidən artıq tutmurdu. Heç vaxt... Onun mənə qarşı çox gözəl münasibəti olub. Küsürdük, sözümüz çəp gəlirdi, deyirdim ki, bitdi Səməd, mən getdim və səninlə daha işləməyəcəyəm. Bir də görürdüm ki, arxamca gəlib deyirdi ki, “Sevda, bu gözdür, nəzərdir, fikir verm”ə. Sonradan insanı geri qaytarırdı".
Qeyd edək ki, 74 yaşlı S.Səmədov koronavirusa yoluxduğu üçün 2021-ci ildə iyulun 24-də müalicə aldığı xəstəxanada vəfat edib.
(bizim.media)
-
ABŞ17 Dekabr 23:55ABŞ bu gecə müharibəyə başlayır? - Tramp hər an elan edə bilər
-
Hadisə17 Dekabr 21:57Sumqayıtda meyiti tapılan 18 yaşlı gənc partiya sədrinin nəvəsidir
-
Dünya17 Dekabr 21:0313 il öncə yoxa çıxan təyyarə TAPILDI
-
Dünya17 Dekabr 20:50Norveçdən Rusiyaya qarşı ilginc plan - Körpülər partladılacaq və...
-
İdman17 Dekabr 20:38Bu zədə ona baha başa gəlir: Hər oyuna görə 55 milyon itirir
-
Sosial17 Dekabr 18:50Azərbaycanda bir qrup şəxsə avtomobil VERİLƏCƏK
-
Sosial17 Dekabr 18:40Bu şadlıq sarayında dana əti adı ilə görün nə təqdim edilib - FOTO
-
Sosial17 Dekabr 18:20Məktəblilər arasında “snus” təhlükəsi: “Köşklərdə satılır” - VİDEO








.png)





























