Magazin1
"Dedi ki, sizə erməni pasportu düzəldək və Ermənistanda..." - Xalq artisti SİRLƏRİ AÇDI
Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevin erməni müğənnisi Armen Aloyan tərəfindən "Dodağına gülüş qonub” və "Sevirəm de” mahnıları oğurlanıb.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Ağadadaş Ağayev Bizim.Media-ya açıqlama verib.
A.Ağayev "Sevirəm de” nəğməsi ilə bağlı 41 il əvvəl başına gələn hadisədən də söz açıb:
"Sevirəm de” mahnısını "Sovet” dövründə, yəni 1983-cü ildə ifa etmişdim. Bu ərəfədə isə mənim yeni "kasetim” çıxmışdı. O zaman heç mən evli də deyildim. O mahnıya görə bir erməni polis formasında yaşadığım Çapayev küçəsindəki evimə gəldi. Qapını döydü və dedi ki sizinlə söhbət etməliyəm. Onunla keçdik mətbəxə. O çantasından bir "Yerevan” konyakı və şokoladlar çıxartdı. Həmin erməni polis soyuducunun qapısını açıb gətirdiklərini ora qoydu. Söylədi ki, siz mənə güvənin. Sizi vətəndaşlığa götürək, erməni pasportu sizə hazırlayaq və Ermənistanın girişində sizə bir heykəl ucaldaq. Ona sual verdim ki, "Siz polissiniz və sizin bu söhbətlərə nə aidyyatınız var?”. O isə cavabında mənə "Düşək aşağa, avtomobilimə əyləşək...
Görəcəksən ki, orada sənin "kasetindən” başqa "kaset” yoxdur. Mən ancaq sənin mahnılarını dinləyirəm”. Bu isə tək məndə yox, bütün Ermənistanda belədir. Mən isə sənin yanına özbaşıma gəlməmişəm”. Elə oldu ki, birlikdə aşağa düşüb avtomobilə əyləşdik. Bir-bir kasetləri oxutdurdu. Və gördüm ki, hamısında mənim mahnılarım və səsimdir.
O zaman güclü qar yağırdı. Bunun isə üstündə silah vardı və özü də yekəpər birisi idi. Dedim ki, mən bu haqda məsləhətləşib sənə sabah xəbər edərəm. Elə oldu ki, kinofilmdə işləyən Xanbala adlı dostuma zəng etdim dedim ki, yığ dostlarını, bu erməni polisini yaxşıca "əzişdirək” (döyək –red.)... Xanbala çox emosional və vətənpərvər insandır. İnanın içim dağılırdı bunun mənə o təklifindən, amma büruzə verməməyə çalışırdım.
Səhərisi gün mən bu həmin polis erməni ilə görüşməli idim. Dostlarımla görüş yerinə gəlsək də lakin erməni polisi ora gəlmədi. Düşünmüşdü ki, ora gəlsə, sağ-salamat çıxmayacaq”.
Qeyd edək ki, Ağadadaş Ağayev redaksiyamıza açıqlamasında bildirib ki, yaxın zamanda 100-dən çox mahnısı üzərində hüquqlarını qorumaq üçün onları Əqli Mülkiyyət Agentliyinə təqdim edəcək.
-
Qoroskop01:05
Günün qoroskopu: Yeni il məqsədlərinizə aydın və realistik yanaşın!
-
Nida Xəbər 00:25
Təyyarə ilə bağlı araşdırmanın nəticəsi nə vaxt açıqlanacaq?
-
İdman30 Dekabr 22:49
Makqreqor bloger ilə boks döyüşü keçirəcək: Fantastik məbləğ qazanacaq
-
Kriminal30 Dekabr 22:34
Vəzifəli şəxs Bakı aeroportunda külli miqdarda qızılla tutuldu
-
Sosial30 Dekabr 22:19
Qəzada yaralanan üç nəfər Bakıya gətirildi - Yeniləndi
-
Cənubi Qafqaz30 Dekabr 22:04
Paşinyandan nazirləri qəzəbləndirən qərar: yalnız bir maşın olacaq
-
Rəsmi xronika30 Dekabr 21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin230 Dekabr 20:44
Məşhur illüziyaçı vəfat etdi