Magazin1
"Bir qram xanımlığı yoxdur, elə bil..." - Əməkdar artistdən Rövşanəyə sərt sözlər
Əməkdar artist Qorxmaz Əlili aparıcı Rövşanə Ağasəfqızının tənqid edib.
Publika.az bildirir ki, buna səbəb Rövşanənin illər əvvəl müğənni Afət Fərmanqızını təhqir etməsi olub. "Elgizlə izlə" verilişində yayımlanan həmin görüntülərə Q.Əlili belə reaksiya verib:
"Zeynəb Xanlarova səhnəyə çıxanda sərbəstlik yaratdı. Bir çox ifaçılar onun kimi saç düzəltdi. Demirdilər ki, oxşadırsan. Nazpəri Dostəliyevanı Allah elə gözəllikdə yaradıb. Təranə Qumral və Afət Fərmanqızı da ona oxşayır. Amma onları ayırmamaq mümkün deyil. Rövşanənin etdiyi tərbiyəsizlikdir. Deyir, nəyə oxşayırsan, bu nə geyimdi, xarizman yoxdur. Qonağındır, qarşındakına hörmət et. Çağırmısan qoyasan ortaya? Rövşanə danışanda elə bil zalda hamı kardır: qışqıra-qışqıra danışır. Xanımsan, danışığını bil. Bir qram xanımlığı yoxdur, elə bil davaya gəlib. Xanımın incəliyi olmalıdır".
Q.Əlili aparıcı ilə aralarındakı küsülülüyün səbəbini açıqlayıb:
"Məni efirə çağırıb. Çağırmısan fikrimi öyrənməyə. Sual verir, cavab verirəm. Qayıdır ki, sizin fikriniz önəmli deyil. Dedim, çəkilişim var, getdim efirdən. Sonra deyirəm, qayıdır ki, mən elmlər doktoruyam. Cavab verdim ki, mən süpürgəçiyəm? Elmlər doktoru olmaq savadlı demək deyil".
Qeyd edək ki, Rövşanə illər əvvəl Afətin ünvanına tənqidlər səsləndirmişdi. "Sizin obrazınızdan Azərbaycan səhnəsində 10 dənədir. Obraz olaraq fərqlənmirsiniz. Sizin xarizmanız yoxdur" sözlərini deyib.
(Axşam.az)
-
Sağlamlıq18:55Çindən Azərbaycana gətirilən bu məhsulda AĞIR METALLAR aşkarlandı - FOTO
-
Nida Xəbər 18:45Gültəkin Hacıbəyli Türkiyədən DEPORT OLUNUR
-
Region17:49Ermənistanda da pensiya yaşı artırılır?
-
İdman16:53"Fənərbağça"nın ulduzunun yeni sevgilisi: Özündən 9 yaş kiçikdir - FOTOLAR
-
MDB16:14Benzinlə bağlı vacib qərar: 2026-cı ilin əvvəlində...
-
Nida Xəbər 15:53Şəxsiyyət vəsiqəsi, pasport və sürücülük vəsiqəsi ilə bağlı YENİ QƏRAR
-
Nida Xəbər 15:08Prezidentin yüksək vəzifə verdiyi Aida Hüseyn kimdir? - DOSYE
-
Dünya14:43Bəşər Əsəd Moskvada kiminlə qonşudur? - Uşaqları şokdadır






.jpg)




.jpg)

























