Hüseynin Rusiyada yaşayan qardaşı ortaya çıxdı
Bizi izləyin

Magazin1

Hüseynin Rusiyada yaşayan qardaşı ortaya çıxdı

Hüseynin Rusiyada yaşayan qardaşı ortaya çıxdı

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Rusiyada yaşayan qardaşı ortaya çıxıb.

Publika.az xəbər verir ki, musiqiçi qardaşının adının Pərviz olduğunu deyib. Hüseyn bildirib ki, bunu heç kim bilmir:

"Bircə ailəm bilir. Rok ifaçısıdır. Orada Stas adında tanınır. Atamın birinci ailəsindən olan övladıdır. Danışırıq, bayramlarda məni təbrik edir. Onu tapanda o qədər ağladım ki... Onu 7 il əvvəl tapdım. Sonuncu dəfə 1990-cı ildə görmüşdüm. Azərbaycana gəlmişdi, 1 il bizdə qaldı. Sonra getdi. Onu axtarırdım və sosial şəbəkədən tapdım".

Pərviz "Günaydın, Azərbaycan" verilişinə telefonla zəng edib.(Axşam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm