Magazin1
Bir dəfə qapımı döyüb deməmisiniz ki, ay Allahverdi, niyə belə fağır və üzgünsən? - VİDEO
"Deyirlər ki, aləmi qatmısan biri-birinə, neyləmisən sən?! Elə sənət yoldaşlarım da dedi ki, bu nə biabırçılıqdır?"
Publika.az xəbər verir ki, bu sözləri Baku TV-yə müsahibəsində aktyor Allahverdi Yolçuyev deyib.
O, niyə məhz corab satdığını izah edib:
“Corab satmaq ayıb bir şey deyil. Keçən dəfə də dedim, qonşum da alma satır. Əsas odur ki, oğurluq etmir. Mən də corab satıram, heç kəsdən oğurluq etmirəm. Mənə elə gəlir ki, corab satmaq biznesin inkişafı deməkdir. Büdcəm ona çatdığı üçün bunu edirəm. Açığı, inanmazdım ki, məsələ bu qədər ajiotaj yarada bilər. İndi də mənə qəribə gəlir yazılanlar”.
O, həmkarlarının da onu tənqid etdiyini bildirib:
“Deyirlər, aləmi qatmısan biri-birinə, neyləmisən sən?! Elə sənət yoldaşlarım da dedi ki, bu nə biabırçılıqdır? Başa sala bilmədim ki, əzizim, sən nə qədər maaş, təqaüd alırsan? Mən 336 manat 58 qəpik pensiya alıram. Bir dəfə qapımı döyüb deməmisiniz ki, ay Allahverdi, səni efirdə gördüm, küçədə gördüm, niyə belə fağır və üzgünsən? Al bu 100 manatı, 50 manatı, ən pis halda 10 manatı, bir tikə çörək ye. Bunu deməmisiniz, amma tənqid edirsiniz. O da çox asan bir şeydir. Adamı "balta"yla vurub öldürürlər. Çünki yıxılana balta vurmaq çox asandır”.(Yenisabah.az)
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları







.jpg)

.jpg)




.jpg)





.jpg)







.jpg)

.jpg)







