Magazin1
"Zaur Baxşəliyev anlamır ki, insan oturduğu yerdə özünü asa bilər"
"Hər bir insanın içində həm cinayət törətmək, həm də müdafiə potensialı var. Müstəntiqin peşəkarlığı bağlı ölüm işlərinin açılmasında ortaya çıxır. Müstəntiq düşünən beyin olmalıdır, "pinəçi" yox".
Publika.az xəbər verir ki, bu fikirləri Respublika Prokurorluğunda mühüm işlər üzrə baş müstəntiq işləmiş hüquqşünas, detektiv yazıçı Müşfiq Abbasov deyib.
O, müsahibədə müstəntiqlərin iş prinsipləri, intiharlar, qadın qətlləri, televiziya və sosial şəbəkədə cinayət materiallarının təsvir olunması, "oğru aləmi" və bir çox maraqlı mövzulardan danışıb.
M.Abbasov bu fikirdədir ki, şou verilişlərində cinayət işlərindən danışılması həmişə zərərçəkən tərəfi, təqsirləndirən tərəfi çaşdırır:
"Zaur Baxşəliyev gedib Goranboyda hadisə yerinə, bir nəfər orada özünü çarpayıdan asıb. Zaur həmin çarpayını göstərir və deyir ki, buradan adam özünü necə asa bilər? O, hüquqşünas deyil, kriminalist deyil, anlamır ki, insan oturduğu yerdə də özünü asa bilər. Asfiksiya yaranan anda insan özünü idarə etmək imkanından məhrum olur. O zaman zarafatla təklif etmişdim ki, Zaur müəllim, əgər insan özünü oradan asa bilməzsə, yoxlayın. Təbii ki, bu, mümkün də deyil.
İndi təsəvvür edin, Zaurun sözlərini eşidən zərərçəkənin qohumu müstəntiqin yox, Zaur Baxşəliyevin dediyini qəbul edəcək. Çünki o, intihar faktını qəbul etmək istəmir". /Oxu.аz
-
Cənubi Qafqaz21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin121:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO


















.jpg)
















