Magazin1
Aygün Kazımovanın illər əvvəlki videosu YENİDƏN GÜNDƏMDƏ
Xalq artisti, Azərbaycanın Pop Divası Aygün Kazımovanın illər əvvəl keçirilən konsertlərindən birinə aid maraqlı görüntü sosial şəbəkələrdə yenidən gündəmə gəlib.
Publika.az xəbər verir ki, kadrlarda məşhur sənətçi səhnəyə dəvət olunan azyaşlı fanatı ilə pozitiv, səmimi və zarafatcıl dialoq qurmağa çalışır.
Uşağın həyəcanlı olduğunu görən Aygün Kazımova onu sakitləşdirməyə çalışır, mehribanlığı və diqqəti ilə bütün zalın rəğbətini qazanır. Pop Divaların jestləri, səmimiyyəti və uşağa yönəltdiyi incə sözlər izləyicilər tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Görüntülər sosial mediada sürətlə yayılıb və istifadəçilər tərəfindən çoxsaylı müsbət rəylər yazılıb. Şərhlərdə Aygün Kazımovanın illərdir dəyişməyən səhnə mədəniyyəti, uşaq sevgisi və pozitiv enerjisi yüksək qiymətləndirilib.
Bir çox izləyici videonun altına "Aygün xanımın səmimiyyəti hər zaman seçilib", "Pop Diva səhnədə də, həyatda da böyüklüyünü göstərir", "Bu görüntülər uşaqlıq xatirələrimizi qaytardı" kimi şərhlər yazıblar. (Milli.Az)
-
Cənubi Qafqaz21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin121:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO


















.jpg)
















