Magazin1
Kamran Həsənli ilə ANS rəhbərliyi arasında nələr yaşandı: ”Sözümü deyib, gedirəm”
Aparıcı Kamran Həsənlinin “Günə baxan” verilişindən getməsi müxtəlif söz-söhbətlərə rəvac verib. Əldə etdiyimiz məlumata görə, Kamran Həsənli sözügedən verilişdən ANS rəhbərliyi tərəfindən kənarlaşdırılıb.
Bununla bağlı Publika.az-a açıqlama verən aparıcı deyilənlərin həqiqətə uyğun olmadığını bildirib. ANS rəhbərliyi ilə aralarında heç bir narazılığın yaşanmadığını deyən Həsənli verilişdən uzaqlaşmasını yorulduğu və gündəlik işə gedib-gəlmək əziyyəti ilə izah edib. Bir sözlə, gah nala vurub, gah da mıxa: “Hər kəs bilir ki, mənim kimdənsə narazılığım olanda sözümü deyib, o telekanaldan gedirəm. Söz yox ki, narazılığımı ifadə etmirəm və kiminsə dalınca danışmıram, sadəcə olaraq, ordan çıxıb gedirəm. ANS rəhbərliyi ilə aramızda qalmaqal olsaydı, sakitcə çıxıb gedərdim. Amma getmirəm, çünki layihəyə başlayacağam. Yeni veriliş həftədə bir dəfə olacaq. Sözün düzü, “Günə baxan” həftəiçi hər gün yayıldığından bir az yorulmuşdum.
Maraqlıdır ki, yorulduğunu, hər gün veriliş aparmağın ağır olduğunu desə də, cəmi bir gün keçməsinə baxmayaraq, keçmiş verilişinin nostaljisini də gizlətməyib: “Günə baxan” verilişində çox güclü komanda fəaliyyət göstərirdi, çox gözəl proqram idi. Kifayət qədər sevilirdi, baxılırdı. Veriliş çox ürəyimcə idi”.
Maraqlıdır, beləydisə, aparıcı niyə təriflədiyi proqramı hələ necə reytinq toplayacağı bilinməyən verilişə dəyişib?
Bu barədə danışmaq istəmədiyini deyən və sualımızı dərindən ah çəkməklə cavablandıran Kamran Həsənli gözləməyimizi məsləhət bildi.
Maraqlıdır, ANS-də nələr baş verir? Xoşqədəm Hidayətqızı Elgizin, Elgiz Kamran Həsənlinin verilişini əlindən aldı. Görəsən, Kamran kimin verilişini gözaltı edib?
Cəvahir Səlimqızı
-
Hadisə12:03Bu sənaye müəssisəsinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Qarabağ 11:30Qarabağda geniş biznes və investisiya imkanları var - BƏƏ səfiri
-
Nida Xəbər 10:36Braziliya səfiri: "Azərbaycanın gələcəyi etibarlı əllərdədir!"
-
Nida Xəbər 10:20Milli Məclis: Azərbaycana qarşı koordinasiyalı informasiya hücumu aparılır
-
Səhiyyə09:40Saxta dərmanlar dövrü başa çatır? - Yeni nəzarət sistemi işə düşür
-
Nəqliyyat08:30Bakıda daha 30 metro stansiyası yaradılacaq - Detallar
-
Ekopublika.az07:55Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək? - Video
-
Magazin102:19Aygün Kazımovanın səhhəti pisləşdi: Konsert təxirə salındı







.jpg)




















.png)

.jpg)






