Magazin2
Prezidentin tənqid etdiyi məşhur POLİSƏ ÇAĞIRILDI və... - VİDEO
Aktrisa Dəniz Çakır hicablı qadınları təhqir etdiyi iddiasıyla prokurorluğa ifadə verib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa barəsində başlanılan istintaq çərçivəsində ifadə vermək üçün İstanbul Ədliyyəsinə çağırılıb. Çakır çıxışda verdiyi açıqlamada "Bəhs edilən heç bir şeyi etmədim. İttihamlar mənim bu günə qədərki mövqeyimə ziddir" , - deyə bildirib.
Aktrisanın açıqlamasını təqdim edirik:
“İttihamları rədd edirəm. Bu günə qədər heç kimi qadın, kişi, hicablı və hicabsız olduğu üçün, həyat tərzi, cinsiyyəti, dini, inancı və irqinə görə ayırmadım. Əksinə onları birləşdirmək üçün sosial layihələrdə iştirak etdim. Bu günə qədər sərgilədiyim mövqeyim bəllidir. Ayırmaq üçün deyil, birləşdirmək üçün bir müddət mübarizə apardım. Sözügedən heç nəyi etmədim. İfadəmi də verdim. Bir sənətçi qadını hicablı və hicabsıza ayırmaz. Həyatımda hicablı və fərqli dinlərdən olan xeyli insan var. Bu günə qədər hər birini qucaqladım. Hər biri məni çox sevir. İndi də mənimlədirlər”.
Dəniz Çakır “Hadisəyə dair görüntülər varmı” sualına "Var, təqdim etdik. Hazırda məhkəmə prosesi davam edir. Qanuni olaraq daha çox danışmaq doğru deyil. Bütün görüntülər təhlil edildi, onsuz da hər şey ortadadır" cavabını verib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK partiyasının dünənki yığıncağında çıxış edərkən aktrisanın gündəmdən düşməyən hərəkətini kəskin tənqid edərək onu faşist adlandırmışdı.
“Bu ölkənin başı örtülü gənc qızlarına "Səudiyyə Ərəbistanına gedin" demək faşistliyin ən yüksək həddidir. “Səudiyyə Ərəbistanına gedin, burada nə işin var” deyənləri düşünün, özü də sənətçi imiş. Nə deyirsiniz, deyin bu ölkədə insanların həyat tərzi ilə məşğul olan CHP təfəkkürlüdür. AK partiyası tam əksinə, bu ölkədə həyat tərzlərini zəmanət altına alan siyasi təfəkkürdür” , - deyə ölkə başçısı bildirmişdi.
-
İnanc21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO







.jpg)

.jpg)














.webp)








.jpg)

.jpg)