Magazin2
Məşhur müğənni ərinə gənc qadınla XƏYANƏT ETDİ – FOTO
26 yaşlı Miley Sayrus və 29 yaşlı Liam Hemsvort toydan 8 ay sonra boşanmağa qərar verib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə cütlüyün vəkili məlumat verib. O, yaydığı açıqlamasında qeyd edib ki, aryılıq qərarı onların karyerasının inkişafına müsbət təsir göstərəcək.
Məlum olub ki, əvvəllər də gah küsüb, gah barışan cütlüyün ayrılmasının səbəbi Mayli Sayrusun gənc qadınla görüşməsi olub. Yeri gəlmişkən, müğənni hazırda ərindən yeni boşanan yazıçı Keytlin Cennerlə İtaliyada birlikdə istirahət edir. Qızlar münasibətlərini gizlətmir, hətta paparatsilər onları öpüşərkən çəkməyə nail olub.
Qeyd edək ki, Mayli Sayrus bu yaxınlarda “Elle” jurnalına verdiyi müsahibəsində də qadınlara olan marağını açıq şəkildə etiraf etmişdi:
“Düşünürəm ki, çox adam evləndiyimə təəccüblənir. Ancaq münasibətlərim çox unikaldır. Detallara girmək istəmirəm. Bunu açıq şəkildə müzakirə edə biləcəyimi də bilmirəm, çünki hər şey mürəkkəb, müasir və yeni bir tərzdədir - mənə elə gəlir ki, insanlar sadəcə bizi başa düşmürlər. Ancaq kimsə düşünür ki, evləndiyimdən bəri lənətlənmiş önlüyü taxaraq soba qarşısında dayanıb nahar hazırlayıram. Bəli, bir kişi ilə heteroseksual münasibətdəyəm, amma yenə də qadınlar seksual baxımdan məni cəb edir. Bilirsiniz ki, bir çox insan sağlam həyat tərzi naminə vegetarian olur, amma basdırma bununla daha dadlı olmağa davam etmir... Özüm üçün qərar verdim və həyat yoldaşı seçdim. Bu insan arxamda daş divar kimi dayanıb. Əlbəttə ki, stereotipik bir həyat yoldaşı obrazına sığmıram. "Arvad" sözünü də sevmirəm”.
Məlumat üçün bildirək ki, Mayli Sayrus və Liam Hemsvort 2009-cu ildə "Sonuncu nəğmə" filminin çəkilişlərində tanış olub. Onların münasibətləri fırtınalı və mürəkkəb olub. Onlar gah küsür, gah da barışırdılar.
2012-ci ildə Liam qıza evlilik təklif etmişdi, lakin bir il sonra nişan pozuldu və 2015-ci ildə onlar yenidən barışdı. Keçən il cütlük yalnız ailə üzvləri və yaxın dostlarının iştirakı ilə təmtəraqdan uzaq toy etmişdi.
-
Hadisə02:18Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış - Foto
-
Qoroskop00:45Bu bürcləri böyük sürprizlər gözləyir
-
Sosial19 Avqust 22:18Şadlıq evlərindən şikayət: Toylar başlayan kimi rahatlıq tapa bilmirik... - Video
-
Kriminal19 Avqust 21:51Həbs xəbəri yayılan bloqerdən açıqlama
-
İdman19 Avqust 20:48Gənc futbolçulara yatırım həm kubok, həm də milyonlar qazandırdı - Araşdırma
-
Dünya19 Avqust 19:40Tehran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır... - NATO-dan reaksiya
-
İKT19 Avqust 19:30Bunu etsəniz, məlumatlarınız kiberdələduzların əlinə keçəcək - Gizli təhlükə
-
Sosial19 Avqust 18:10Bakıda “İbrahim Tatlışiş”də kabab at ətindən bişirilirmiş - Foto













.webp)























