Magazin2
Vera Brejneva Meladzedən BOŞANDI - FOTO
“Via qra” qrupunun eks-üzvü, müğənni Vera Brejneva məşhur musiqiçi Konstantin Meladzedən ayırılıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Vera Brejneva instaqramda kupalnikdə şəklini paylaşıb. Abunəçilərdən biri bu fotoya ulduzun əri ilə birlikdə olan bütün şəkillərini öz səhifəsindən silməsinə münasibət bildirib.
İnstaqramda verilən “Vera, Konstantin Meladzedən boşanmısan” sualını Vera cavabsız qoymayıb. Musiqiçi ilə münasibətlərinin pisləşdiyini və boşanmaq üzrə olduqlarını inkar etməyən ifaçı “Bu, sizi belə narahat edir?” sözlərini yazmaqla kifayətlənib.
Xatırladaq ki, oktyabr ayında Brejneva KİV-də ərinin xəyanəti ilə bağlı şayiələrə istehzalı cavab vermişdi. O, zarafatla Meladzenin nəinki işinə, ailəsinə və qohumlarına vaxt ayırdığını, eyni zamanda başqa bir qadınla “gəzməyə” də fürsət tapdığını qeyd etmişdi.
Qeyd edək ki, bu yaxınlarda bir sıra rus mətbu orqanlarında Meladzenin sevgilisi olduğu barədə məlumatlar yayılıb. Bildirilib ki, Konstantin Meladzenin “Via qra” qrupunun hazırkı üzvü Erika Qerçeqlə romantik əlaqəsi var. Prodüser və ifaçı bu şayiələrə münasibət bildirməyib.
Konstantin Meladze - tanınmış bəstəkar və prodüser, Rusiya ulduzlarının bir çox hitlərinin müəllifidir. Konstantinin ilk həyat yoldaşı Yana Meladzedən iki qızı və bir oğlu var. On doqquz illik evli olan cütlüyün boşanmasının səbəbi Vera Brejneva olub.
Musiqiçi ilə müğənni 2015-ci ildə İtaliyada rəsmi nikaha daxil olub.
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

































.jpg)

