Magazin2
Məşhur aktyor vəfat etdi - FOTO
Hollivud və kino tarixinin ən məşhur simalarından biri Kirk Duqlas 103 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, aktyorun ölüm xəbərini oğlu Maykl Duqlas sosial media hesabında açıqlayıb.
Atasının ölüm xəbərini instaqram hesabından bəyan edən Maykl "Qardaşlarım və mən böyük kədərlə atamızın 103 yaşında aramızdan ayrıldığını bildiririk”, - qeyd edib.
Aktyorun digər oğlu Mişel Duqlas isə "People" jurnalına verdiyi açıqlamada "O, dünya üçün bir əfsanə idi. Kirk kinonun qızıl çağını yaşamış bir aktyor idi. Onun böyük ekran qarşısındakı irsi gələcək nəsillərə çatacaq. O, bu planetə sülh gətirməyə çalışan bir yardımsevər idi. Ata, səni sevirəm və övladın olmaqdan qürur duyuram" sözlərini deyib.
Qeyd edək ki, Kirk Duqlas1916-cı ildə Nyu-Yorkda anadan olub. Rol aldığı ilk film 1946-cı ildə çəkildiyi Marta İversin "Qeyri-adi sevgi" ekran işi olub.
Üç dəfə "Oskar" mükafatına namizəd olan aktyor, 1995-ci ildə "Şərəfli Həyat Mükafatı" ilə təltif edilib.
Tağı Həsənov
-
Elm və təhsil03:18Nazirdən imtahanlarda sual hazırlayanlara müraciət
-
Qoroskop01:40Günün ulduz falı: Güclü emosiyalar sizi sarsıda bilər...
-
Dünya00:45“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı - Foto
-
Nəqliyyat10 Aprel 22:48Bakının mərkəzi ərazilərində yenilik tətbiq ediləcək - Video
-
Magazin110 Aprel 20:36"Nikosayağı" aylar sonra göründü: qardaşının toyunda - Video
-
Dünya10 Aprel 19:50Ukrayna Xəzərdə neft platformalarını vurdu
-
Nəqliyyat10 Aprel 19:30Taksilərlə bağlı qaydalar dəyişdi? - AYNA-dan açıqlama
-
Nida Xəbər 10 Aprel 16:34Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir






































