Magazin2
Məşhur aktyordan ŞOK ETİRAF – 13 yaşında qızımla birlikdə narkotik çəkdik
Keçmiş həyat yoldaşı Amber Herdini döyməkdə ittiham olunan aktyor Conni Depp qalmaqallı açıqlama verib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həyatında heç bir qadına qarşı zorakılıq etmədiyini deyən kino ulduzu 14 yaşından bəri bütün növ narkotik maddələrdən istifadə etdiyini bildirib. O, qızı Lili-Rouza 13 yaşında narkotik maddə verdiyini də etiraf edib:
“Qızımın 13 yaşı vardı və hamımız bilirik ki, 11-13 yaşda orta məktəb ziyafətlərinə gedəndə sizə yaxınlaşıb içki, dərman, ekstaz vermək istəyirlər, çünki bu yaşda onlardan istifadə edənlər var. Qızım 12 yaşında olanda getdiyi məclisdə ona narkotik, siqaret təklif etdikləri zaman nə edəcəyini bilmədiyini dedi. Dedim ki, kimsə sənə narkotik verirsə, al və başqasına ötür, tanımadığın insanlarla narkotik çəkmə. Dedim, xahiş edirəm əgər narkotik çəkmək istəsən və özünü buna hazır hiss etsən yanıma gəl, bu şərəfi mənə bağışla. İlk təcrübəni tanımadığın insanlarla yaşamağını istəmirəm, tanımadığın maddələri çəkməyini istəmirəm. Mənə qarşı dürüst olmasını və heç nə gizlətməməsini tapşırdım. Mənim çəkdiyim marixuananın yaxşı keyfiyyətdə olduğunu bilirəm. Lili-Rouz uyuşdurucu maddə qəbul etmək istədiyini dedikdən sonra nəzarətsiz çevrədə sınaqdan keçirib ruhsal baxımdan çökməsini istəmədim. Bu, sizin üçün səhv hərəkət ola bilər, amma öz baxışlarıma görə, məsuliyyət daşıyan valideyn kimi davrandım”.
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi
-
Hadisə08:30Ağdamda daha bir güclü yanğın başladı - Yeniləndi
-
ABŞ08:10ABŞ İrana qarşı növbəti hücum dalğasını başa çatdırdı - Yeniləndi
-
Səhiyyə07:55Tarif Şurasının yeni qərarı bu gündən qüvvəyə minir
-
Dünya04:30Bu baş verərsə... - İrandan Trampın təhdidlərinə cavab






.jpg)
.jpg)














.jpg)














