Magazin2
Yeni "Dünya gözəli" seçildi - FOTO/VİDEO
Hindistan təmsilçisi Harnaz Sandhu “Dünya gözəli” gözəllik müsabiqəsinin qalibi olub.
Publika.az xəbər verir ki, İsrailin Eylat şəhərində baş tutan tədbir bazar ertəsi gecə müsabiqənin yutubdakı səhifəsində yayımlanıb.
Üzgüçülük geyimi yarışmasından sonra mərasimin final hissəsinə 10 iştirakçı daxil olub, sonra onlardan yalnız 5-i münsiflər heyətinin aktual mövzularda suallarını cavablandırmaq və finala yaxınlaşmaq imkanı əldə edib. Bu mərhələdən sonra Hindistan, Paraqvay və Cənubi Afrika Respublikasından olan iştirakçılar qalıb, onlar konkret mövzuda qısa çıxış edəcəklər.
Müsabiqə iştirakçılarından müasir dünyada təzyiqlərlə üzləşməyə məcbur olan qızlara məsləhətlər vermələri istənilib. Qalib gənclərə özlərinə inanmağa, özünü başqaları ilə müqayisə etməməyə və dünyada baş verən mühüm hadisələr haqqında düşünməyə müraciətlə müraciət edib.
Harnaz Sandhu tacını Meksikadan olan sələfi Andrea Mesadan alıb. Müsabiqədə ikinci yerdə Cənubi Afrika Respublikası təmsilçisi qərarlaşıb.
Qeyd edək ki, 70-ci müsabiqədə dünyanın 80 ölkəsindən təmsilçilər iştirak edib. Müsabiqə ilk dəfədir İsraildə keçirilir.
Xatırladaq ki, daha əvvəl Meksika təmsilçisi Andrea Meza 2021-ci ilin "Dünya gözəli" müsabiqəsinin qalibi olub. (“Report”)
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı






.jpg)





.jpg)





















