Magazin2
Tom Kruz 60 yaşını qeyd edir - FOTO
İllədir Hollivudun seks simvolu adlandırılan aktyor Tom Kruz bu gün 60 yaşını qeyd edir.
Publika.az xəbər verir ki, Tomas Kruz Mapoter 3 iyul 1962-ci ildə Sirakuzada (Nyu York) mühəndis və müəllim ailəsində anadan olub. Dramaturgiya ilə ilk dəfə ilk dəfə dördüncü sinifdə məşğul olmağa başlayan aktyor altı uşaqla birlikdə ibtidai məktəb teatr festivalında ekspromt tamaşa oynayıb. 18 yaşı olanda Kruz peşəkar aktyor olmaq üçün Nyu-Yorka köçüb. Bir müddət ofisant köməkçisi işlədikdən sonra Los-Ancelesə gedib orada özünü televiziya rollarında sınamaq qərarına gəlib.
Onun debütü “Sonsuz Sevgi” (1981) filmindəki kiçik rolu olub. 1996-cı ildə Kruz “Missiya: Mümkünsüz” filmində super casus Etan Hant rolunu oynayıb. Ekran işi böyük uğur qazansa da, Kruuzun aktyorluq məharətinin zirvəsi onun bir çox mükafatlarla yadda qalan “Maqnoliya” dramındakı obrazı hesab olunur. Kruz üç Qızıl Qlobus Mükafatının laureatıdır. O, üç dəfə də Oskar mükafatına namizəd olsa da, hələ də arzuladığı heykəlciyi almayıb. Amma əvəzində 2018-ci ildə o, “Ən mənfi aktyor” nominasiyasında (The Mumiya filmindəki roluna görə) Qızıl Moruq Mükafatına layiq görülüb.
Qeyd edək ki, aktyor üç dəfə evli olub. Onun birinci nikahı Mimi Rodcerslə, 10 il davam edən ikinci nikahı Nikol Kidmanla olub. 2006-cı ildə isə o, İtaliyada Keti Xolmsla evlənib. Bu evlilikdən cütlüyün Suri adlı qızı var. Kruzun bu evliliyi də əbədi olmayıb və 2012-ci ildə Ketidən də ayrılıb.
Saysız-hesabsız filmlərdəki rolları üçün cildən-cildə girə bilən aktyorun karyerası ərzində ən yaddaqalan fotoları təqdim edirik.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı












.jpg)






















.jpg)

.jpg)