Magazin2
Məşhur müğənni: “Düşünürdüm ki, dəli oluram”
Psixi sağlamlıq problemlərindan danışan Hollivud ulduzu Cennifer Lopez etiraf edib ki, "daxili panik hücumlar" onu dəlilik həddinə çatdırıb.
Publika.az xəbər verir ki, pop kraliçası bu barədə On the Jlo adlı məlumat saytında danışıb.
“Həyatımda elə bir dövr olub ki, gün ərzində üç-beş saat yatmışam. Gecə-gündüz çəkiliş meydançasında olurdum, həftə sonları isə əyləncələr keçirir, videolar çəkirdim. 20 yaşım var idi, yenilməz olduğumu düşünürdüm. Bir gün çəkilişdə dəhşətli stress yaşadım. Stress və yuxusuzluq məni iflic etdi. Panik hücum zamanı sanki yerimdə donub qaldım, heç nə görmürdüm. Düşündüm ki, artıq dəli olmuşam.
Həkim dedi ki, yox, sən dəli deyilsən, sadəcə dincəlmək lazımdır, ilk növbədə yaxşı yatmalısan. Gündə ən az 7-9 saat yatın, kofeindən imtina edin, fiziki fəaliyyətinizə nəzarət edin. Həmin əhvalatdan sonra anladım ki, bədəndə enerji tükənməsi ciddi fəsadlara səbəb ola bilər. Elə o andan sağlam həyat tərzinə səyahətim başladı” , - ulduz qeyd edib.

-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya27 Noyabr 11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
















.jpg)



















