Magazin2
Məşhur milyonçunun 18 yaşlı qızının toyu olacaq - FOTO
Tanınmış iş adamı və milyonçu Ziyad Manasirin 18 yaşlı qızı Dana Manasirin reper Qleb İlinlə evlənməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə “Tatler”in keçmiş baş redaktoru Arian Romanovski öz teleqram kanalında məlumat yayıb.
Bəy Danadan bir yaş böyükdür. Dizayner və sənət kuratoru Natalia Valevskaya-Savorettinin oğludur.
Qleb qıza evlilik təklifini bu ilin fevralında edib. Onlar yaxın gələcəkdə nikah bağlamaq istəyirlər, lakin gənclər toyu yazda və ya gələn payızda qeyd etməyi planlaşdırırlar.
Dana “On səkkiz yaşında evlənmək hələ tez deyilmi” sualına belə cavab verib: “Niyə də yox? Biz bir dəfə yaşayırıq”.
Qeyd edək ki, Dana “Stroygazconsulting” holdinqinin yaradıcısı Ziyad Manasirin və Viktoriya Manasirin qızıdır. İş adamının hazırkı vəziyyəti ilə bağlı məlumat yoxdur, lakin illər ərzində o, müntəzəm olaraq “Forbes”in siyahısına daxil edilib. Sonuncu dəfə onun sərvəti 600 milyon dollar qiymətləndirilib.
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı












.jpg)







_(1).webp)


















