Magazin2
Kraliçanın SİRRİ üzə çıxdı – Ölümündən əvvəl onunla...
Ölümündən bir neçə həftə əvvəl kraliça II Elizabet amerikalı aktyor Tom Kruzla yaxın dostluq münasibətləri qurub.
Publika.az xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.
Nəşrin mənbəsinin məlumatına görə, II Elizabetin Tom Kruzla görüşü yayda Vindzor qəsrində baş tutub. Bildirilib ki, aktyor Kraliçanın Platin yubileyi ilə bağlı keçirilən tədbirdə iştirak edib, lakin səhhətində problemlər yarandığı üçün onunla görüşə bilməyib.
“Kraliça Tom ilə görüşə bilmədiyi üçün aktyor Vindzor qalasına xüsusi qastrol səfərinə dəvət edilib. Bundan sonra hər ikisi çay içiblər. Kraliça onunla görüşdüyü üçün çox sevinib və o qədər bəyənib ki, onu şam yeməyinə dəvət edib. Aktyora hətta helikopterlə də uçmağa icazə verilib”, - mənbə bildirib.
Qeyd olunub ki, kraliçanın qəfil ölümü səbəbindən şam yeməyi baş tutmayıb.
2022-ci ilin may ayında Tom Kruz II Elizabetin Platin Yubileyi çərçivəsində keçirilən “Gallop Through History” müsabiqəsində iştirak edib. Eyni zamanda aktyor müsahibəsində kraliçaya heyranlığından danışıb.
“O, heyran olduğum qadındır. Düşünürəm ki, onun böyük məziyyətləri var və mən onun sədaqətinə heyranam. Onun əldə etdikləri tarixə düşəcək” , - aktyor bildirib.
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO



































.jpg)

.jpg)