Magazin2
“Qızıl Qlobus” mükafatları təqdim olundu - Ulduzlar göz qamaşdırdı - FOTO
Dünən Los-Ancelesdəki Beverli Hiltonda 80-ci “Qızıl Qlobus” mükafatlarının təqdimetmə mərasimi baş tutub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, gecədə aktrisa Marqot Robbi, müğənnilər Rihanna, Selena Qomez, model Haydi Klum, Salma Hayek, Anya Teylor Coy, Culiya Qarner, Bred Pitt, rejissor Kventin Tarantino, Set Roqen və başqa Hollivud ulduzları iştirak edib.
Mükafatlandırma mərasimində Stiven Spilberqin “Fabelmans” filmi "Ən yaxşı dram" filmi seçilib. Eyni filmə görə Spilberq ən yaxşı rejissor mükafatına da layiq görülüb.
Martin Makdonun "The Banshees of Inisherin" filmi isə "Ən yaxşı komediya filmi” seçilib. Mövsümün ən yaxşı dram serialı "Əjdaha evi", "Ən yaxşı serial komediyası" isə "Abbott Elementary School" seçilib. Keyt Blanşett "Tar" filmindəki roluna görə "Ən yaxşı dram aktrisası", Ostin Batler isə “Elvis” bioqrafik filmindəki Elvis Presli roluna görə “Ən yaxşı dram aktyoru” nominasiyasını qazanıb.
Nüfuzlu Cecil B. DeMille mükafatı isə bu il kinematoqrafiyada yüksək nailiyyətə görə aktyor Eddi Merfiyə verilib.
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






.jpg)
.jpg)


























