Magazin2
Məşhur xəbər aparıcısı bu sözlərindən sonra istefa verdi – VİDEO
"Show" telekanalının aparıcısı Dilarə Göndər istefa verib.
Publika.az xəbər verir ki, bu barədə aparıcı tviter hesabında bildirib.
"Yazmaq çətin imiş, istefa etdim. Həmkarlarıma və mənə bu fürsəti verən Ciner Media Qrupuna təşəkkür edirəm".
Aparıcı etdiyi ikinci paylaşımda “Dəstəyinizə görə çox sağ olun. Gündəmi zəbt etmək istəmirəm, çətin günlərdən keçirik. Çox üzüldük... Bir gün hər şey yaxşı olacaq, inanıram” qeyd edib.
Qeyd edək ki, Türkiyə mediası Dilarə Göndərin hisslərinə hakim ola bilməməsi və proqramda qonaqlara qarşı emosional reaksiyası səbəbindən istefa etdiyini yazıb.
Xatırladaq ki, geologiya mühəndisi Ziyadin Çakırı qonaq olaraq qəbul etdiyi canlı yayımda Dilarə Göndərin reaksiyası sosial mediada gündəm olmuşdu. Çakırın şərhi üzərinə “Belə bir dərs varmı? Belə ölümcül bir dərs olarmı? 99-da o dərs üçün kifayət qədər ölüm olmadımı? Bu bizə dərs olmalıdmı? Biz həmişə imtahandayıq. Amma onları keçə bilmirik. İmtahan vərəqi həmişə boşdur. Budur, ekranda imtahan vərəqi. Maraşı görək. Bu imtahan vərəqidir. Qoy izləyicilərimiz bunu bir daha görsünlər”, - deyə o bildirib.
Göndər isə Çakırın “Təəssüf ki, millət olaraq balıq yaddaşına sahibik” deməsinə belə reaksiya verib: “Yaxşı, balıq belə dənizin altında daha təhlükəsizdir. Böyük balıqlar kiçik balıqlarla qidalanır, lakin kiçik balıqlar belə bu mənzillərdə yaşayanlardan daha təhlükəsizdir”.
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə






.jpg)
.jpg)

























