Magazin2
Madonna qızını belə təbrik etdi - FOTO
Dünyaşöhrətli müğənni Madonna qızı Lourdes Leonun 30 yaşı münasibətilə sosial şəbəkədə duyğusal paylaşım edib. Sənətçi qızının dünyaya gəldiyi ilk günlərdən tutmuş moda jurnalları üçün peşəkar çəkilişlərinə qədər müxtəlif dövrləri əks etdirən arxiv fotolarını izləyiciləri ilə bölüşüb.
Publika.az xəbər verir ki, oktyabrın 15-də 30 yaşını qeyd edən Lourdes Leonun doğum günü münasibətilə paylaşılan fotolar arasında Madonnanın körpə qızını qucağına aldığı ağ-qara kadrlar, eləcə də böyüdükdən sonra dəbli geyimlərdə çəkilmiş şəkilləri yer alıb.
Müğənni qızına ünvanladığı təbrikdə onun doğulmasının həyatını kökündən dəyişdirdiyini vurğulayıb.
“Sevimli, cəsur və bənzərsiz Lolam! 30 yaşın mübarək! Elə bil, indicə doğum evində səni ilk dəfə qucağıma almışdım. İndi isə qarşımda yetkin, güclü və müstəqil, dünyanı fəth edən bir insan dayanır”, - Madonna yazıb.
Sənətçi qızı ilə arasında qırılmaz bağ olduğunu hiss etdiyini və onları bir medalın iki üzü kimi gördüyünü bildirib. Madonnanın sözlərinə görə, övladının dünyaya gəlməsi onun həyatını tamamilə dəyişib və ona həqiqətən sevməyi öyrədib.
Müəllif: Adəm

-
Rəsmi xronika15:42Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında... - FOTO
-
Nida Xəbər 15:22Hindistan Azərbaycana təşəkkür etdi
-
Nida Xəbər 14:48Lavrov Azərbaycanın AQEM-ə sədrliyinin uzadılmasını alqışladı
-
ABŞ14:04Trampın kürəkəninə qarşı məhkəmə iddiası: Gizlətdiyi nədir?
-
Nida Xəbər 12:56Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır - Paşinyan
-
Nida Xəbər 12:28Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır







.jpg)

.jpg)

.jpg)



























