Maraq dünyası
Hava limanına "dua robotu" quraşdırdılar - FOTO
Hava limanında sərnişinlərin uzun müddət reysləri gözləməkdən sıxıldığını görən rəhbərlik maraqlı layihə gerçəkləşdirib.
Publika.az xəbər verir ki, "dua robotu" adı verilən qurğu avtomatik foto çəkən aparat kabinəsini xatırladır. Layihəni Oliver Sturm adlı vətəndaş hazırlayıb. Maraqlı qurğu Almaniyanın Ştuttqart Hava Limanında quraşdırılıb. Kabinədə irqindən, dinindən, dilindən asılı olmayaraq (müsəlmanlar, yəhudilər, xristianlar, hindular, buddistlər) istənilən ölkənin vətəndaşı dua edə bilər.
Qurğunun içərisində 300-dən çox müxtəlif dualar var. "Dua robotu" adlanan kabinəyə oturan sərnişin düyməni basaraq 300 duadan birini seçib oxuya bilər. Sərnişin qurğunun quraşdırıldığı kabinəyə girir, pərdə bağlanandan sonra robotun üzərində qoyulmuş xüsusi bölməyə 50 cent atır. Sonra ekranda açılan menyuda öz inancına və dilinə uyğun duaları seçir. Seçdiyi duaya 5 dəqiqə ərzində qulaq asır. Qurğudan yalnız təhlükəsizlik nəzarətindən keçmiş təyyarəyə minəcək sərnişinlər istifadə edə bilər.

Hava limanında vəzifəli keşiş Dieter Kleinmann deyir ki: "Təyyarəyə minmək üçün nəzarətdən keçən sərnişinlərin, salonda gözləyərkən olduqca çox vaxtları olur. "Dua robotu" sayəsində bu vaxtlarını tanrıya müraciət edərək keçirəcəklər".
Könül Cəfərli
-
MDB12:26Orta Asiyadan Moskvada heç kim olmayacaq - Mirziyoyev də imtina etdi
-
Magazin111:48Elza tanınmış blogeri də məhkəməyə verdi - FOTO
-
Dünya11:12Atlantik okeanının ortasındakı kabusdan danışdı: Biz də insanıq
-
Region09:13Ermənistanda əmr verildi: Ağrı dağı bütün loqolardan çıxarılsın - Təcili
-
Avropa09:00“Fəlakət xəbərçisi” sahilə çıxdı - FOTO
-
Pul08:36Dollar, avro və yuan bahalaşacaq, rubl isə...
-
Sosial08:00Tramp İranı yeni sərt zərbələrlə hədələdi
-
İdman06:46Mbappe o davadan sonra bazanı qəhqəhə çəkərək tərk etdi - VİDEO



















.jpg)



















