Maraq dünyası
Zibillənmək üçün göydən yerə enən ən gözəl çay: Meyidləri də ora atırlar - FOTOLAR
Hindistan əhalisi Qanq çayını müqqədəs hesab edir. Əfsanəyə görə, bu çay öncə səmavi olub, sonra isə hökmdar Bharatanın yalvarışlarına dözməyib, yerə enib. Elə o dövrdən də, insanlar doğmalarının nəşini yandırıb, külünü Qanq çayına tökməyə başlayıblar.
Uzun illərdir ki, hindlilər öz müqəddəs çaylarına səcdə edirlər. Onlar hesab edirlər ki, Qanq ölülərin ruhunu günahlardan təmizləyir. Odur ki, dəfn mərasimlərində öncə cəsədə xüsusi maddə sürtür, sonra isə yandırıb, külünü Qanqa tökürlər.
Bəzi kasıblar isə ayin üçün tələb olunan maddəni ala bilmədiklərinə görə, doğmalarının nəşini yandırmadan Qanqa atırlar.
Bundan əlavə Qanqın suları fabrik və zavodların tullantıları ilə də zəhərlənir. Əhalinin kasıb təbəqəsi isə bu suda paltarlarını yumaqdan və çimməkdən çəkinmirlər.
Hindistan hökuməti bir neçə dəfə Qanqı təmizləmək üçün tədbirlər görsə də, heç bir nəticə verməyib. 1 həftədən sonra insanlar öz “çirkin” əməllərinə qaldıqları yerdən davam ediblər.
Çayın yaxınlığında yerləşən fabrik və zavodların fəaliyyəti də dayandırılıb. Lakin Qanqın suları hələ də bulanmağa davam edir. Bu antigigienik durum minlərlə yoluxucu xəstəliklərin yaranmasına səbəb olur.
Qanq çayı planetin ən gözəl mənzərələrindən biridir. Coğrafiyaçı mütəxəssislər ümid edir ki, Qanq yenə öz sularını təmizləyib, sözün əsl mənasında “saflıq” rəmzinə çevriləcək.
Leyla Sarabi
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































