Maraq dünyası
İnsanı evlilikdən soyudan İYRƏNC ADƏTLƏR - - FOTOLAR
Dünyanın bir çox ölkələrində evliliklə bağlı müxtəlif adət-ənənələr mövcuddur. Bununla yanaşı, onlar arasında elə adətlər var ki, insanı evlilikdən soyudur. Gözün gördüyü, qulağın eşitdiyi adətlərdən tamamilə fərqlənən bir neçə məqamı sizin diqqətinizə çatdırırıq.
Publika.az evlilik haqqında ən qəribə və insanı küsdürən adətləri təqdim edir:
Hindistan

Hindistanda evlilik prosesində gəlin və bəy müqəddəs ocağın başına fırlanır ki, ömür boyu bir yastığa baş qoysunlar. Heç vaxt ayrılmasınlar. Müqəddəs odun ətrafında 4 dəfə fırlandıqdan sonra bəy və gəlin ocaq ətrafında birinci əyləşmək üçün mübarizə aparır. Adətə görə, ilk kim otursa, ömür boyu həmin ailədə o şəxsin sözü kəsərli olacaq.
Mavritaniya
Burada qızların çəkisi 100 kq olmadığı müddətcə
evlənmələrinə icazə verilmir. Evlilik üçün namizəd seçildikdən
sonra oğlan evi qız evinə bazarlıq edir. Oğlanın anası, xalaları,
bibiləri, bacıları daim gəlin namizədinin qidalanmasına diqqət
edir. Gəlin namizədi 100 kq olduqdan sonra isə toy olur. Gəlin
yeməkdən imtina edərsə, ata evi onu müxtəlif üsullarla
cəzalandırır.
Vikinqlər
Vikinqlərdə evlilik qumara bənzəyir. Burada oğlan evi
ilə qız evi gəlin namizədin üzərindən pul qazanır. Əvvəl qızın
atası öz qızına qiymət biçir, daha sonra isə oğlan evi bu qiymət
üzərində yavaş-yavaş məbləği qaldırır. Hərrac isə qızın anasının
dur dediyi məbləğdə bitir.
Kolumbiya
Kolumbiyada toy günü qız anası ilk gecəyə şahidlik
edir. Buna etiraz edildiyi zaman evlilik baş tuta bilməz.
Bosniya və Herseqovina
Burada isə evlilik adətləri bir növ Türkiyədəki
adətlərə bənzəyir. Belə ki, əvvəl bəy namizədi qız evinə dəvət
edilir. Qızın atası və qardaşları ilə söhbət edir. Onlar razılıq
verdikdən sonra oğlan ailəsi ilə qızı istəməyə gəlir. Bu zaman isə
qız evi bəy haqqında müxtəlif suallar verib öz ailəsindən cavab
alır. Sonda isə əgər qızı verirlərsə, gəlin namizədi bəy namizədinə
duzlu və turş qəhvə bişirir. Oğlan isə bunu sona qədər
içməlidir.
Pakistan
Pakistanda evlilik söyüş və təhqirlə başlayır. Belə ki,
qız evi bəy namizədini ağlagəlməz sözlərlə təhqir və tənqid edir.
Ailəsinə və özünə qarşı səsləndirilən təhqirlərə cavab vermədiyi
halda imtahandan çıxmış sayılır. Əgər cavab verərsə, qız evi onu
rədd edir.
Şimali Koreya
Qaz və ördək Şimali Koreyada evlilik prosesinin mühüm
simvollarındandır. Qədimdə burada evliliyə hazırlaşan oğlanlar atın
arxasına ördək və ya qaz bağlayıb qız evinə gedərdilər. İndi isə o
adət qalsa da, canlı yox, taxta ördəkdən simvolik şəkildə istifadə
edilir. Evlənəcək cütlüklərin evinə taxtadan hazırlanmış ördək
qoyulur.
Quam
Quamda bakirə qızların evlənməsinə icazə verilmir.
Burada qızlar evlənmək üçün əvvəlcədən bakirəliklərini müəyyən pul
qarşılığında satırlar. Həmin pulla da məclis qurulur.
Bella
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...



































.jpg)
.jpg)

