Azərbaycanda ev alan ərəb şeyxinin hamını ŞOKA SALAN HƏYATI - FOTO
Bizi izləyin

Maraq dünyası

Azərbaycanda ev alan ərəb şeyxinin hamını ŞOKA SALAN HƏYATI - FOTO

Dubayın şeyxi Məhəmməd ibn Rəşid əl-Məktumun 34 yaşlı oğlu - Həmdan ibn Məhəmməd ibn Rəşid əl-Məktum 2008-ci il fevralın 1-dən etibarən Dubay əmirliyinin vəliəhdidir. O, Ərəb Əmirliklərinin ən varlı şahzadəsi hesab olunur. Fazza təxəllüsü ilə tanınan şahzadə ovçuluğa, ekstremal idman növlərinə xüsusi maraq göstərir. Şeyx Hamdan heç bir milyarderin cəsarət etmədiyi idman növləri ilə məşğul olur. Buna hündürlükdən tullanma kimi təhlükəli idman növlərini misal göstərmək olar. Əlahəzrət dayvinq və serfinqi də çox sevir. Amma onu maraqlı edən əsas cəhəti bank hesabıdır, milyarderin sərvəti ən az 11 rəqəmdən ibarətdir.

Şahzadə özü çox təvazökardır. O, bahalı əşyalarını və lüks həyatını İnstaqramda nümayiş etdirməyi sevmir. Şeyx Hamdan əsasən fotoqrafiya sahəsində öz istedadını göstərməyə üstünlük verir.

Publika.az bu yazıda oxucuları Şeyx Hamdanın kamera arxasında gizlətdiyi lüks həyatı ilə tanış edib. Müxtəlif xarici mənbələrdən məlumatlar toplayaraq onun ən bahalı əşyaların siyahısını tərtib etmişik.

Dünyada ən bahalı dəvə

Fazza dəvələri o qədər sevir ki, bu dəvəni almaq üçün düşünmədən 2,7 milyon dollar pul ödəyib. Bu adi dəvə deyil, o, 17 000-dən çox dəvə arasında keçirilən gözəllik müsabiqəsində qalib gələrək ən gözəli seçilib. Müsabiqədə qalib gələn dəvəyə 600 000 dollar pul mükafatı verilib.

Şotlandiyada mülk

Mülkü şahzadənin atası alıb, ancaq indi o oğluna məxsusdur. 63 000 hektarlıq nəhəng ərazidə hələ ki, heç bir bina inşa edilməyib. Lakin yaxın gələcəkdə, gölün düz yanındakı ərazidə 14 otaqlı binanın tikilməsi palnalaşdırılıb. Layihə yaxın iki il ərzində istifadəyə veriləcək. Şahzadə ailəsi ilə birlikdə Şotlandiyanı ziyarət edərkən bu malikanədə qalacaq. Bu, onlar üçün əlverişli olacaq, çünki onlar ov üçün hər il Şotlandiyaya gəlir.

Maşınlar-amfibiya

Kaliforniya avtomobil istehsalçısı “Watercar” artıq neçə ildir ki, suda çalışan avtomobillərin üzərində işləyir. Onların arasında Fazza öz seçimi edib. “The Python” avtomobili quruda saatda 80 km, suda isə 45 km sürətlə hərəkət edir. Şahzadənin suda çalışan 6 belə avtomobili var. Belə bir avtomobilin dəyəri 150 000 dollara yaxındır.

Palm Jumeirah Zabeel Saray

Bu hotel şahzadənin daha bir mülküdür. Bina arxitektura baxımdan şübhəsiz ki, onun sahibi olduğu digər tikililər arasında ən möhtəşəmidir. Hotelin dəqiq qiyməti bilinməsə də, çox diqqətəlayiqdir. Deyirlər ki, şahzadə onun tikilməsinə 12 milyard dollardan çox pul xərcləyib. Yeri gəlmişkən, Palm Jumeirah Zabeel Saray dünyanın ən bahalı hotellərindən biridir.

Kanadada ən bahalı penthaus

2013-ci ildə Kanadada özəl mülkiyyət üzrə ən bahalı sövdələşmə “Pacific Rım Fairmont” hotelində baş tutub: Vankuverdə 3 penthaus alınıb. Alıcı adını gizli saxlamağa üstünlük verib. Amma iddia olunur ki, onlar şahzadəyə məxsusdur və o, ailəsi ilə bir neçə dəfə buraya gəlib.

At

2014-ci ildə Fazza və onun atası təxminən 3 milyon dollar məbləğində ən bahalı atı alıb. Atın baha olması onun cins olması ilə bağlıdır. Sonra o, 1,8 milyon dollar məbləğində daha iki at alıb. Beləliklə, təkcə 2014-ci ildə o, üç ata 6,5 milyon dollar xərcləyib. Fazza bu atla idman cıdırlarında iştirak edir.

Təyyarələr

Fazzanın və ailəsinin 40 ədəd "Boeing787-10 Dreamliners" təyyarəsi var. Bu, xüsusi istifadə üçün deyil, Dubay aviasiya sahəsində biznesin yaxşılaşdırılması məqsədiylə alınıb. Bir "Boeing 787-10 Dreamliners" təyyarəsinin qiyməti 306 milyon dollardır, bu da ümumilikdə 15 milyard dollar edir.

Bütün parkı tank

“Ripsaw” tanklarının sahibləri onları özəl sektorlara və Amerika ordusuna satmışdı. Bir tank 500 000 dollar məbləğində qiymətləndirilir, şahzadə həmin tanklardan ibarət böyük bir parkın sahibidir. Tankların xüsusiyyətlərinə və imkanlarına əsasən qiymət dəyişə bilər, odur ki, şahzadənin ümumilikdə, onların alınmasına xərclədiyi pulun məbləği dəqiq deyil.

Lamborghini Veneno Roadster

Lamborghini Veneno Roadster çox nadir maşındır. Təkcə 2014-ci ildə yalnız 9 belə avtomobil istehsal edilib. Fazzanın 6 belə avtomobili var. Şahzadə məşhur kolleksiyasını avtosalonunda nümayiş etdirib. Hər bir "Lamborghini Veneno" avtomobilinin dəyəri 4,5 milyon dollar təşkil edir. Bu isə o deməkdir ki, Fazza avtomobillərə 27 milyon dollar xərcləyib. Bu avtomobilin saatda maksimal sürəti 221 km-dir, həmçinin 6.5 litrlik V12 mühərriki ilə təchiz edilib və təxminən 750 at gücünə malikdir.

Mclaren P1


“Mclaren” 3 saniyəyədə 60 km-ə qədər gedə bilən hibrid super maşındır. İlk “Mclaren P1” Dubayda naməlum alıcıya satılıb. Avtomobilin qara bəzəkli və sarı rəngdə olduğu məlumdur. Şahzadə də eyni ilə avtomobildən var.

İkiqat Ferrari

"Ferrari Laferrari" Fazzaya məxsus olan və məhdud tirajla istehsal edilən hibrid avtomobildir. Bu, unikal və nadir avtomobillərin ikisi hərracda rekord qiymətə - 7 və 10 milyon dollara satılıb. “Ferrari F12 Berlinetta” 6 litrlik V12 mühərriki ilə 731 at gücünə malikdir və 2,8 saniyədə 60 km qədər hərəkət edə bilər.

Bugatti Veyron Grand Sport Vitesse

Dünyanın ən sürətli idman maşını kimi tanınan “Bugatti Veyron” şahzadəyə məxsusdur, onun sürəti saatda təxminən 250 kilometrə çatır və dəyəri 1,7 milyon dollar qiymətləndirilir.

Məlumat üçün qeyd edək ki, Dubay şahzadəsi Həmdan ibn Məhəmməd ibn Rəşid əl-Məktum 100-ə yaxın səhabəsi ilə birlikdə 2015-ci ildə ov etmək üçün Azərbaycana gəlmişdi. Hacıqabul rayonunun Qarasu kəndində ov edən ərəblərin kənddə iki mülk aldığı deyilir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm