Maraq dünyası
Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı fərdi sərgisi keçiriləcək
Noyabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı fərdi sərgisi açılacaq.
Sərgi Əməkdar incəsənət xadimi, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Təsviri Sənət üzrə Dövlət Ekspert Komissiyasının sədri, professor Çingiz Fərzəliyevin yaradıcılıq fəaliyyətinin 50 illiyinə və Azərbaycan Respublikası Prezidenti tərəfindən təsviri sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilməsinə həsr olunub.
Çingiz Fərzəliyev yaradıcılığının bütün sahələrini əhatə edən sərgidə rəssamın ilk sənət təcrübələri zamanından bu günümüzədək ərsəyə gətirdiyi əsərləri təqdim olunacaq. Eləcə də, iştirakçılar ekspozisiyada Çingiz Fərzəliyevin tədqiqat fəaliyyəti ilə tanış olacaqlar. Tədris vəsaitinə çevrilən - XX əsr Azərbaycan təsviri incəsənətinin 45 görkəmli nümayəndəsinə həsr edilmiş 36 kitabdan ibarət "Sərvət" fundamental silsiləsi və rəhbərlik etdiyi muzeyin geniş fəaliyyəti ilə bağlı müəllifi olduğu bu nəfis nəşrlər incəsənətimizə dəyərli töhfələr verib.
Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Tbilisi Dövlət Rəssamlıq Akademiyasının fəxri doktoru, Özbəkistan Rəssamlıq Akademiyasının, Kembric Universitetinin Beynəlxalq Bioqrafik Mərkəzinin və V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunun fəxri professorudur. O, bir çox mükafatlara, orden və medallara layiq görülüb.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...



































.jpg)
.jpg)

