Maraq dünyası
İlin ən yaxşı 10 filmi açıqlandı - SİYAHI
“Time” dərgisi 2019-cu ildə çəkilmiş ən yaxşı 10 filmin siyahısını hazırlayıb.
Publika.az siyahını təqdim edir.
10. “Hustlers”
Loren Şafarianın prodüserlik etdiyi filmdə Cenifer Lopez ilə birlikdə bir sıra məşhur şəxslər yer alıb. Film “Wall Street” jurnalının müştərilərini şantaj etmək üçün bir araya gələn striptiz klubu işçilərinin hekayəsindən bəhs edir.
9. “A Beautiful Day in the Neighborhood”
Tom Hanksın Mityu Ris ilə iştirak etdiyi bioqrafiya filmidir. Amerikanın sevilən məşhurlarından Fred Rocers ilə jurnalist Tom Cunodun dostluğundan bəhs edir.
8. “Dolemite Is My Name”
Film 1970-ci illərdə çıxardığı “Dolemite” komediya albomu və 1975-ci ildə çəkilmiş “Dolemite” filmi ilə tanınan komediya ustası Rudi Rey Murun həyatından bəhs edir.
7. “Knives Out”
Daniel Kreyq və Kris Evansın baş rollarını paylaşdığı filmdə cinayət romanı yazarı Harlan Trombey 85-ci doğum günündə evində ölü tapılır. Hər şeylə maraqlanan araşdırmaçı detektiv olan Benoit Blank gizli şəkildə cinayətin araşdırmasında yer alır.
6. “Parasite”
Cənubi Koreyalı prodüser Bonq Yun-Honun çəkdiyi film 72-ci Kann Film Festivalında “Qızıl Palma” mükafatına layiq görülüb. “IMDb”də ən çox bəyənilən 50 Koreya filmi siyahısında zirvədədir.
5. “Little Women”
Luiza Mey Alkotun klassik romanından götürülən film, Vətəndaş Müharibəsindən sonra Amerikada həyatlarını davam etdirməyə çalışan 4 bacının hekayəsindən bəhs edir.
4. “Marriage Story”
Adam Drayver və Skarlett Yohansonun baş rollarını canlandırdığı film, evli cütlüyün Nyu-Yorkdan Los-Ancelesə qədər uzanan boşanma hekayəsindən bəhs edir.
3. “Once Upon a Time…in Hollywood”
Leonardo Di Kaprio və Bred Pittin baş rollarda oynadığı Kventin Tarantino filmində bir aktyorun film sektoruna girməsindən bəhs edilir.
2. “The Irishman”
Usta sənətçilər Robert De Niro, Al Paçino və Co Peskini bir araya gətirən film 20-ci əsrin ən yaxşı fiqurları ilə işləmiş snayperçi və II Dünya Müharibəsi qazisi Frenk Şeranın baxış bucağından ABŞ-ın mütəşəkkil cinayətkarlıq dünyasını göstərir.
1. “Pain and Glory”
Baş rollarda Antonio Banderas və Penelopa Kruz oynayır. Antonio Banderasın canlandırdığı prodüser Salvador Mallonun keçmişdən bu günə qədər seçimləri və həyatında iz buraxan hadisələrdən bəhs edir.
Zümrüd
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






