Maraq dünyası
Güclü radio siqnal yaradan planet aşkarlandı
Beynəlxalq astronomlar qrupu ana ulduz GJ1151-in maqnit sahəsi ilə qarşılıqlı əlaqəsi nəticəsində güclü radio siqnallar yaradan ekzoplanet tapıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Science Alert” məlumat yayıb.
Tədqiqatçılar aşağı radio tezliklərində səmanı skan edən LOFAR radio interferometrindən istifadə edərək müşahidələr aparıb. Və yerdən 26 işıq ili məsafədə yerləşən qırmızı cırtdanda ekzoplanetin olduğunu göstərə biləcək radiasiya kəşf ediblər.
Planet və ulduz arasında qarşılıqlı təsir Yupiterdə və İonun peykində müşahidə olunur. Aşağı tezliklərdə böyük gücə sahib ola bilən dairəvi qütblü radiasiyaya səbəb olur. Sarı cırtdanlara aid Günəşin maqnit sahəsi kifayət qədər güclü deyil və bənzər effekti vermək üçün planetlər ondan çox uzaqdır. Qırmızı cırtdanlarda maqnit sahəsi daha güclüdür.
Elm adamları GJ1151 ətrafında başqa ulduzun fırlanmasının, buna bənzər effekti verə biləcəyini istisna edib. Tədqiqatçıların fikrincə, aşkar etdikləri ekzoplanet qayalıqdır və 1-5 gün ərzində ulduz ətrafında fırlanır.
Aytən Məftun
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi




































.jpg)


