180 günlük dünya səyahətinə çıxan azərbaycanlı: Dubay belə imtina etdi - FOTO
Bizi izləyin

Maraq dünyası

180 günlük dünya səyahətinə çıxan azərbaycanlı: Dubay belə imtina etdi - FOTO

“… Biz dünyaya öz iradəmizlə gəlməmişik və onunla da buranı tərk etməyəcəyik. Onu yaradan və bizi bura gətirən müdrik bir şey düşünüb, mütləq. Mən artıq təbiətin rənglərində, çalarlarında bu müdrikliyin fərqinə varmağa başlamışam.

Bu gün dünya səyahətimin tam olaraq 60-cı günüdür və o, daha da maraqlı olub. Çünki artıq heç nə planlaşdırmıram, axınla üzürəm, o məni hansı sahilə atarsa nə edəcəyimi orada düşünərəm”.

Publika.az xəbər verir ki, bu sözləri bir neçə ay əvvəl “180 gün dünya ətrafında” layihəsinə başlayan azərbaycanlı səyyah Fərid Novruzi instaqram paylaşımında qeyd edib:

“Hələlik gəmidəyəm. Demək olar ki, bütün limanlar bizə gəmidən sahilə yan almağa icazə vermir. Bizi qəbul edəcəyinə söz verən Dubay belə imtina etdi. Avstraliyadan şimal-qərb istiqamətində harasa üzürük, artıq kapitan heç nə demir. Hər şey qaydasındadır, özümüzü onunla təsəlli edirik ki, karantin ərazimiz böyükdür, yəni bütün gəmini əhatə edir və yoluxmağa qorxmadan bir-birimizlə ünsiyyət qura bilərik, çünki gəmidə xəstə yoxdur”.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində onun təşəbbüskarı, “Novco Group of Companies ” şirkətinin rəhbəri Fərid Novruzi 6 ay ərzində təyyarədən istifadə etmədən, yalnız dəniz və avtomobil nəqliyyatı vasitəsilə dünyanın 40-dan çox ölkəsinə səyahət etməyi planlaşdırmışdı. Lakin koronavirus pandemiyası səbəbindən azərbaycanlı səyyah səfəri zamanı müəyyən çətinliklərlə qarşılaşıb:

“Səyahətimin ən ağır tərəfi çox uzun müddət tək olmağımdır. Qısa səfərlərdə tənhalıq çox da özünü büruzə verməsə belə, bu uzun səfərdə mənimlə sirdaş olmağa çalışır. Yalnız mən bu dostluğu qəbul etmirəm və niyə edim? Bir, sevimli Allahım mənimlədir və iki, bu inanılmaz mənzərələr 24 saat qayğıma qalırlar, darıxmağa, tənhalığa qapanmağa yol vermirlər”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm