Maraq dünyası
Pandemiya memarlığı başdan-ayağa dəyişdirəcək - Gələcəyin evləri belə olacaq
Yeni tip koronavirus pandemiyası əksər sahələrlə yanaşı, memarlığa da təsirsiz ötüşməyəcək.
Publika.az xəbər verir ki, sahənin mütəxəssisləri memarlıqda yeni kriteriyaların ortaya çıxa biləcəyini ifadə edir.
İstanbul Medipol Universiteti İncəsənət, Memarlıq və Dizayn Fakültəsinin dekanı Atilla Dikbaşın sözlərinə görə, qısa müddətdə pandemiyanın yayılma riskini azalda bilmək üçün mövcud olan məkanlarda sosial məsafənin qorunub, təmasın minimuma endirilməsinə dair dəyişikliklər edilməlidir.
Professorun fikrincə, uzunmüddətli şəhər dizaynı, korporativ mənzil və korporativ memarlıq üçün yeni kriteriyalar müəyyən olunmalıdır: “Sadəcə dizayna deyil, təbiətlə geniş münasibətlərə fokuslanmaq lazım gələcək. Evlərdə keçiriləcək zamanın keyfiyyətli olması üçün açıq havaya çıxmağı təmin edən eyvan və ya bağçası olan korporativ mənzillərə üstünlük veriləcək. Son əsrdə kəskin şəhərləşəmə, şaquli memarlıq məhsulları pandemiya ilə birlikdə ələnəcək. Şəhər inqilabı bizi köhnə memarlıq anlayışımıza geri aparacaq. Pandemiyadan sonra hər məskəndə iqlimə uyğun mənzillər tikiləcək”.
Dikbaş pandemiyada evdən işləməyi təmin edən daxili dizayn planlarının inkişaf etdirildiyini, daşınmaz əmlak sektorunda bu yenilikçi layihələrə gələcəkdə daha çox üstünlük veriləcəyini dilə gətirib: “Bu durum yaxın ətrafda, kiçik mərkəzlərdə yerləşən, avtomobil ehtiyacının minimum olduğu şəhərdən qəsəbələrə köç dalğasının əsasını qoya bilər. Artıq alışdığımız heç nə əvvəlki kimi olmayacaq”.
Mütəxəssislərin fikrincə, gələcəkdə hazırlanan memarlıq nümunələrində yaşıllıq, məsafə və tibbi sağlamlıq kimi kriteriyalar əsas mahiyyət daşıyacaq.
Zümrüd
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


