Maraq dünyası
Kənan Evrən kitabını qadağan etdi, özünü isə… - Tanımadığımız azərbaycanlı
Publika.az xəbər verir ki, Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs Türkiyə ədəbiyyatının tanınmış simalarından biridir.
Nihat Bəhram – azərbaycanlı əsilli şair, yazıçı, jurnalist. Əsl adı Mustafa Nihat Bəhramoğludur. Nihat Bəhram Türkiyənin məhşur yazıçısı Ataol Bəhramoğlunun qardaşıdır. Bəhramın atası azərbaycanlıdır. Atası Qərbi Azərbaycanın Gorus şəhərində doğulub.
Qadağan edilmiş şeirlər
Nihat Bəhram 1946-cı il noyabrın 18-də Türkiyənin Qars şəhərində anadan olub. İbtidai və orta təhsilini Çankırı və Bursada tamamlayıb, İstanbul Haydarpaşa Liseyini bitirib. Universitetdə oxuyarkən siyasi fəaliyyətlərinə görə həbs edildiyi üçün ali təhsili yarımçıq qalıb.
İlk şeiri 1967-ci ildə nəşr edilib. Jurnalistika karyerasına 1970-ci ilin mart ayında “Halkın dostları” jurnalında başlayan Nihat Bəhram bir il sonra sözügedən nəşrin baş redaktoru olub. 1975-ci ildə böyük qardaşı Ataol Bəhramoğlu ilə birlikdə “Militant” jurnalını nəşr etdirib. Bundan başqa, şeir və məqalələri Ataol Bəhramoğlu ilə birlikdə nəşr etdirdiyi “Soyut”, “Gerçek”, “Güney”, “Varlık” və “Yasakmeyve” jurnallarında dərc olunub.
Bir müddət dolanışıq üçün bağban işləyib.
1972-ci ildən çapdan çıxan ilk şeir kitabı “Həyatımıza dair şeirlər” qadağan edilib. Dövrü mətbuatdakı yazılarına görə, 1971-ci il martın 12-də Türkiyədə baş verən hərbi çevrilişdən sonra həbs olunub. Cəzasını hərbi həbsxanada çəkib. Həbsdən çıxdıqdan sonra bir müddət jurnalistika ilə məşğul olub.
“Vatan” qəzetində dərc olunmuş solçu inqilabçılar Dəniz Gəzmiş, Yusuf Aslan və Hüseyn İnanın həyat və mübarizələrindən bəhs edən silsilə məqalələrini “Dar ağacında üç fidan” adıyla çap etdirib. Bu məqalə silsiləsi və şeirlərinə əsaslanaraq ona qarşı mülki və hərbi məhkəmədə bir çox iddia qaldırılıb. Buna görə sentyabrın 12-də Türkiyə vətəndaşlığından çıxarılıb.
Dar ağacında üç fidan
Nihat Bəhramın bu kitabı Dəniz Gəzmiş, Hüseyn İnan və Yusuf Aslanın 12 Mart çevrilişindən sonrakı son günləri və həbs olunmasından bəhs edən sənədli kitabdır. Burada şairin xatirələrinə də yer verilib. İnqilabçıların 1972-ci il mayın 6-da dar ağacına çıxarılmaları və edam anları kədərli dillə təsvir olunub. Bəzi hissələrdə şeirlərin də yer aldığı kitabda 30 səhifə Dəniz Gəzmiş, Hüseyn İnan və Yusuf Aslanın fotoşəkillərinə həsr edilib.
“Dar ağacında üç fidan” 1976-cı ilin may ayında nəşr olunub. Kitabda müəllifin 18 gün ərzində yazdığı məqalələri toplanıb. Silsilə məqalələrdə yayımlandığı müddətdə az qala hər gün davam edən ağır cinayət məhkəmələri və istintaq mövzularından bəhs olunur. Kitab şəklində nəşr olunan bu yazılarına görə sərt təzyiqlərə məruz qalıb. Sonda kitab qadağan edilib, ilk altı nəşrdən sonra rəflərdə qalanlar müsadirə edilərək götürülüb. Yeddinci nəşrin əlyazmaları da müəllifdən zorla alınıb.
1980-ci il sentyabrın 12-də Kənan Evrənin liderliyində baş verən növbəti hərbi çevriliş kitabın taleyini daha da tündləşdirib. Kitab 1980-90-cı illərdə gənclər arasında gizli oxunan bir kitaba çevrilib. Kitabın müəllifi Nihat Bəhramla bağlı ağır cinayət işləri isə hərbi məhkəmə instansiyalarına təhvil verilib. Bundan sonra şair 1980-ci ildə ölkədən getməyə məcbur olub.
Nazirlər Şurasının qərarı ilə ona qarşı açılan cinayət işi səbəbindən ölkəyə qayıtmaq çağırışına əməl etmədiyi üçün vətəndaşlıqdan çıxarılıb. 1980-96-cı illərdə İsveçrə və Fransada yaşayıb.
“Dar ağacında üç fidan” 1988-ci ildə “Qəlbləri şəfəqdə qığılcım saçanlar” adıyla təkrar nəşr olunub. Amma bundan sonra da yenidən satış yerlərindən yığışdırılıb. Uzun müddət davam edən hüquqi mübarizədən sonra kitaba bəraət verilib. Müəllifi Nihat Bəhram 1996-cı ildə Türkiyəyə qayıtsa da həbs olunub. Kitaba bəraətin verildiyini sübut etdikdən sonra sərbəst buraxılıb.
“Dar ağacında üç fidan” 1998-ci ildə yenidən buraxılıb.
Sol tərəf
Nihat Bəhram 1996-cı ildə mühacirət həyatından sonra Türkiyəyə qayıdıb. Bu günə qədər 12 şeir kitabı nəşr edilib.
Şair İsveçrənin Bazel şəhərində yaşayır və Türkiyədə nəşr olunan “Yurt” qəzeti üçün köşə yazıları yazır.
Nihat Bəhram Türkiyə sol şeirinin davamçılarından biridir. Özündən sonrakı müəlliflərə təsir edib. Son dövrlər yazarlar arasında siyasi ittihamlarla üzləşənlərdən biri olan Nihat Bəhram müxalif mövqeyindən geri çəkilmədən təbiəti, həyat eşqini və həyat sevincini öz şeirlərinə incə ilmələrlə hörərək türk poeziyası adına seçilən əsərlər bəxş edib. Xalq şeiri ənənəsindən yararlanaraq spesifik üslubunu yaratmağı bacarıb.
2020-ci ildə Türkiyədə “Ənvər Gökçə” şeir mükafatı Nihat Bəhrama verilib.
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var