Maraq dünyası
Türkmənistan Prezidentinin xanımı İLK DƏFƏ görüntüləndi - FOTO
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun xanımı Oğulgərək Berdiməhəmmədovanın mətbuatda ilk dəfə fotosu yayılıb.
Publika.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə Türkmənistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edib. Səfər çərçivəsində Türkiyə və Türkmənistan dövlət başçılarının və xanımlarının görüşü baş tutub. Türkiyənin birinci xanımı Əminə Ərdoğan Türkmənistan birinci xanımının da yer aldığı fotonu öz tviter hesabında paylaşıb. Bu foto qısa müddətdə dünya mediasının diqqətini çəkib.

Məlumat üçün bildirək ki, Türkmənistan mediası birinci xanımın fotosunu heç vaxt yayımlamayıb. O, ziyafətdə iştirak edib, lakin kamera birinci xanıma yönəlməyib.
Qurbanqulu Berdiməhəmmədov övladları və nəvələrinin əhatəsində tez-tez tədbirlərdə və televiziya kadrlarında görünsə də, həyat yoldaşı həmişə kameranın gözündən kənarda olub.
Qeyd edək ki, birinci xanımın tərcümeyi-halı barədə də internet resurslarında məlumat yerləşdirilməyib.

KİV-ə sadəcə bu informasiya məlumdur: Q.Berdiməhəmmədovun O.Berdiməhəmmədovadan 2 qızı və bir oğlu var – Gülcahan, Gülşən və Sərdar.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
