Maraq dünyası
Misir ehramları: açılmayan SİRLƏR
Qədim dövrlərdə insanların yaratdığı ən möhtəşəm əsərlərdən biri olan Misir Ehramları bu gün də özlərinin sirlərini qoruyub saxlamaqdadır. Dünyanın 7 möcüzəsindən biri sayılan Xeops piramidasının da daxil olduğu Böyük Giza Pramidaları həm tarixi, həm də ehtiva etdikləri sirlərlə dolu bir hekayəyə malikdir.
Publika.az Misir ehramları barədə bilinməyən məlumatları təqdim edir.
Misir pramidaları Misiri idarə edən fironların adına tikilmiş qəbirlər və abidələrdir. Qədim Misir inancına görə, fironların axirət üçün özləri ilə aparacaqları bəzi şeylər var idi. Pramidanın dərinliklərində dəfn edilən fironun məzarının yanında həyatdan sonra ehtiyac duyacağı bəzi parçalar və xəzinələr qalırdı.
Bu günümüzədək 138 ehram gəlib çatmışdır. Bu ehramların bəziləri çox böyükdür. Onların arasında ən nəhəng tikililərdən biri Böyük Giza Pramidasıdır (Xeops Piramidası). Hündürlüyü 146 metr olan Böyük Giza Pramidası 3800 il ərzində insan əli ilə inşa edilən ən böyük tikili adını daşıyır. Dünyanın Yeddi Möcüzəsindən biri olan bu tikili çəkisi 5,9 milyon tona bərabər olan 2,3 milyon daş blokdan istifadə edilərək tikilib.
Giza pramidalarının tikilməsinə 20 ildən çox vaxt sərf edildiyi bildirilir. Tikintisində təxminən 200.000 işçinin çalışdığı güman edilir. Bu işçilərin heç bir texnoloji alətləri olmadığı üçün daşları kürəklərində daşımaqla və ya daşları itələməklə pramidaları tamamladıqları düşünülür.

Giza pramidaları əhəng daşlarından təşkil olunub və onların orta çəkisi təxminən 2,5 tondur. 200.000 işçinin o dövrdə qədər dünyanın ən hündür strukturu olan Xeops Pramidasını heç bir mexaniki alətin dəstəyi olmadan inşa edə bilməsi inanılmazdır. Pramidaları tikən işçilərin cəsədləri tapıldıqda onların onurğalarının ağlasığmaz dərəcədə böyük yüklərə məruz qaldığı üzə çıxıb. Bu, fəhlələrin nə qədər əziyyət çəkdiyini sübut edən bir detal kimi tarixə düşdü.
Pramidaların içərisində ultrasəs, radar və sonar kimi cihazlar işləmir. Çirklənmiş suyu bir neçə gün ərzində içəridə qoysanız, suyun təmizləndiyini görəcəksiniz. Həmçinin tikilinin içi yayda soyuq, qışda isə isti olur.

Pramida daxilində olan zibilin içindəki qida qalıqları heç bir qoxu yaymadan çürüyə bilər.
Mumiyaların tərkibində radioaktiv maddə olduğu üçün onları ilk kəşf edən 12 alim xərçəng xəstəliyindən vəfat edib.
Gizanın üç prramidası həndəsi və müşahidə prinsiplərinə əsaslanan plana əsasən inşa edilib.
Pramidaların bəzi otaqlarının içərisində nə olduğu barədə heç bir məlumat yoxdur. Tədqiqatçıların çoxu ya onun içində itdi, ya da eyni yerdə fırlandı, ancaq içini görə bilmədi.
Rahib Ələsgərov
-
İqtisadi gündəm16:29Bu şirkətin dövlətə 4,6 milyon manat borcu var
-
Region15:37Qəzaya uğramış "C-130" ilə bağlı Türkiyədən yeni açıqlama
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu



























