Maraq dünyası
İsraildə uşaqlar necə böyüyür?
Müxtəlif ölkələrdə uşaqların tərbiyə prinsiplərinə dair silsilə məqalələri davam etdiririk.
Publika.az oxucuları bu dəfə yəhudilərin tərbiyə prinsipləri ilə tanış edir. Yəhudi ailələri o qədər güclüdürlər ki, onlar haqqında çoxlu zarafatlar uydururdular. Onu da öyrənəcəksiniz ki, uşaq tərbiyəsi mövzusunda azərbaycanlıların onlardan öyrənəsi çox maraqlı və qeyri-adi adətləri var.
Dekret yoxdur
Həkim təkid etməsə, uşağın doğulmasından əvvəl qadınlara heç bir məzuniyyət verilmir. Uşaqları uşaq bağçasına mümkün qədər tez - 3 aydan göndərirlər ki, ana mümkün qədər tez işə gedə bilsin: həyat bahadır - pul qazanmaq lazımdır. Eyni zamanda, analar körpəni ana südü ilə böyütməyə üstünlük verirlər. İsrailli analar etiraf edirlər ki, bu qədər tez işə getmək çox streslidir və analıq məzuniyyəti onlar üçün boş xəyal kimi görünür. Ancaq yeni bir ailə üzvünün dünyaya gəlişi elə həmin gün qeyd olunur. Bunu ailə palatada və ya kafedə qeyd edə bilər - ana körpəni qonaqlara tək-tək göstərir.
Təlim-tərbiyə işinə kim baxır?
İstənilən yaşda uşaqlara ən çox ana qayğı göstərir. Amma nənə və babalar bu prosesdə çox iştirak edirlər, onlar həmişə “əl-ələ” olurlar - bağçadan götürürlər, onlar üçün yemək bişirir, oynayır və gəzirlər. Təbii ki, italyan nənələr kimi şəxsi həyatları ilə daha çox məşğul olanlar, bəzən çox aktiv olanlar da var ki, nəvələri ilə vaxt keçirməyə çox da can atmırlar. Amma bu, norma deyil.
Babalar uşaqlarla çox vaxt keçirməkdən məmnunluq duyur. İsrailli atalar skamyalarda oturub telefonla məşğul olmur, övladları ilə birlikdə qaçmaqdan, dırmaşmaqdan və oynamaqdan həzz alırlar. Nənə-baba və digər qohumlar uşaq doğulandan məktəbə gedənə qədər onunla yaxından ünsiyyət qurur, sonra uşaq bir qədər uzaqlaşır və öz həyatını yaşayır. Ancaq böyüdükdən sonra şənbə günləri keçirilən ailə yığıncaqlarında iştirak etmək mütləqdir.
Məktəb və bağça
Xüsusilə ölkənin mərkəzi hissəsində və böyük zəngin şəhərlərdə uşaq bağçasına və ya məktəbə qəbul olmaq üçün iki ay öncədən ərizə təqdim etməli və reytinqə görə siyahıdan bəyəndiyiniz müəssisəni seçməlisiniz. 3 yaşdan 18 yaşa qədər dövlət təhsili pulsuzdur. Bu yaş üçün özəl bahalı müəssisələr də var, lakin 3 yaşa qədər uşaqlar üçün bütün körpələr evi özəldir.
Təhsil müəssisələrində uşaqların təhlükəsizliyinə ciddi nəzarət edirlər: əgər müəllim uşaqda qançır görsə, valideynlər məhkəmə prosesi və çox ağır nəticələrlə üzləşəcəklər. Məktəblər zorakılığın qarşısının alınmasında fəal iştirak edirlər. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara çox diqqət yetirilir: onlar kiçik qruplarla (6 nəfər) xüsusi məktəblərə göndərilir.
Telefon icazəsi
Qadjetlər dünyanın hər yerində olduğu kimi, israilli valideynlər üçün də ən ağrılı məsələdir. Pandemiya xüsusilə uşaqlara təsir etdi - uşaqlar ekranlardan daha çox asılı oldular. Böyüklər də tez-tez televizor qarşısında məmnuniyyətlə dincələ bilərlər və standart olaraq uşaqlar cizgi filmlərinin fonunda yemək yeyirlər.
Səmərəli vaxt
Bütün valideynlər uşaqlarını oyun meydançalarına aparmağı sevirlər. Birlikdə səhər kinolarına gedirlər, dondurma yeyirlər, popkorn alır və ya “McDonald's”da yemək yeyirlər. Küçədə mütəmadi olaraq uşaq şənlikləri keçirilir. Parklarda aktyorların, klounların və sehrbazların çıxışları üçün ayrıca məkanlar var. Valideynlər uşaqlarla birlikdə yemək festivallarına, turist səfərlərinə və çimərliyə də gedirlər.
Ərköyünlük
Burada seçim çoxdur. Uşaqlar üçün müxtəlif növ məhsullar saysız-hesabsızdır. Sevimli əmisi uşağı ziyarətə gəlibsə mütləq hədiyyə sə gətirir. Və ya valideynlər yaxşı oxuduqlarına görə uşaqları mükafatlandırmağı xoşlayır. Azyaşlı uşaqlara adətən oyunlar, kitablar, rəngləmə kitabları verilir. Yaşı böyük olanlara pul da verə bilərsiniz. Və hər bir uşaq üçün ilin ən vacib bayramı, əlbəttə ki, doğum günüdür! Ailənin hər bir üzvü uşağa ayrıca hədiyyə verir!
Ümumiyyətlə, İsraildə uşaqlar tam azadlıqdan zövq alırlar: hər yerdə və istənilən vaxt qəzəblənə, tullana və qışqıra biləərlər. Heç kim onlara bir söz deməyəcək, axı uşaqdılar... Eyni hal yeniyetmələrə də aiddir. Belə görünür ki, İsraildə uşaqlara pərəstiş var və bu qismən doğrudur, çox şey icazə verilir, eyni zamanda onlara oyuncaq kimi deyil, şəxsiyyət kimi baxırlar.
Aytən Məftun
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi