Maraq dünyası
Çexlərin çox maraqlı tərbiyə üsulları
Çexiya xalqı nəzakətli, mehriban və təmkinlidir. Bəs uşaqların tərbiyə məsələsində necə?
Publika.az ənənəsinə sadiq qalaraq bu dəfə oxucuları çexlərin tərbiyə prinsipləri ilə tanış edir.
Bığlı dayə
Çox vaxt ailələr 2-3 uşaq böyüdür və kiçik yaş fərqi ilə. Analıq məzuniyyəti bir neçə il uzanır, nəticədə ataların da məşğul olduğu tamştatlı işə çevrilir. Uşaqlar böyüdükdə, valideynlər onları uşaq bağçasına verir və ya dayə tuturlar. Uşaq bağçaları və körpələr evi dövlətə məxsusdur, lakin pulludur. Məzuniyyətdən bezən atalar və analar övladlarını məmnuniyyətlə həmyaşıdlarının yanına göndərirlər.
Azadlıq
Hər şeydə azadlıq Çexiyada uşaq tərbiyəsinin əsas təməlidir. Heç bir məhdudiyyət yoxdur: qaçmaq, tullanmaq, döşəməni yalamaq və s. Uşaqlar dünyanı öyrənirlər, onlara mane olmağa çalışmayın! Çexlər hesab edir ki, qoyulan qadağalar uşaqların maraq dünyalarının, axtarıb-araşdırmaq həvəsinin və yaradıcılıq ideyalarının sönməsinə gətirib çıxacaq.
Ümumiyyətlə, Çexiyadakı uşaq bağçaları dünyanın ən yaxşılarından sayılır. Uşaqlar mütəmadi olaraq müxtəlif ekskursiyalara gedirlər, pedaqoqlar onların idman və yaradıcılıq qabiliyyətlərini müəyyən etmək və inkişaf etdirmək üçün hər cür səy göstərirlər. Məsələn, uşaq bağçasında uşağın öz saxsı emalatxanasının olması təbiidir.
Qiymətlər əhəmiyyətsizdir
Çexiyadakı məktəblər uşaq bağçalarından fərqli olaraq pulsuzdur. İstər adi, istərsə də ixtisaslaşdırılmış təhsil müəssisələri heç bir sınaq və seçim olmadan hər kəsi qəbul edir.
Burada heç kim qiymət dalınca qaçmır, müəllimlər heç vaxt şagirdlərə təzyiq göstərmir və onları ən yüksək bal toplamağa məcbur etmirlər. Bəzi məktəblərdə ev tapşırığı belə yoxdur! Amma qiymətləri, xüsusən də aşağı bal alan uşaqların adını ucadan səsləndirmək olmaz, adətən uşaqlar da sinif yoldaşlarının hansının əla, hansının pis qiymət aldığını bilmirlər. Eyni qayda valideyn iclaslarına da aiddir.
Ola bilsin ki, çex uşaqları oxumağa həvəsli deyillər, onların çoxu ali təhsilə can atmır, lakin dünyada stressdən uzaq ən xoşbəxt şagirdləri olduqları dəqiqdir. Ən çox sevdiyiniz işi tapmaq və onu layiqli şəkildə yerinə yetirmək əlaçı olmaqdan daha vacib sayılır.
Qida tərbiyəsi
Çex mədəniyyətində yemək mühüm yer tutur, xüsusi bir ritualdır. Səhərlər pendir çörək və ya bulka yox, əsl isti yemək yeyirlər. Müxtəlif dadlarla tanışlıq lap kiçik yaşlarından başlanır. Çex yeməkxanalarında heç vaxt kolbasa, çox bişmiş makaron, yaxud burger tapa bilməzsiniz. Soğanlı qaymaq şorbası, karpaccio və nəfis desertləri bütün restoranların bəzəyidir.
Bəlkə də buna görə ölkənin əhalisi arasında artıq çəkidən əziyyət çəkən insanlar demək olar ki, yoxdur. Çexlər yağlı yeməyi sevmirlər, həm də başqa bir səbəbi var...
Aktiv həyat
Çexlər çox atletik millətdir. Valideynlər hesab edir ki, uşaqların varlığı səyahətə və idmana mane ola bilməz. Ümumiyyətlə onlara körpəlikdən aktiv həyat tərzi keçirməyi öyrədirlər.
Yayda - diyircəkli konkilər, velosipedlər və skuterlər. Qışda isə xizək və ya kirşə ilə sürüşmək ən sevimli məşğuliyyətinə çevrilir. İlin istənilən vaxtında bazar günləri ailə gəzintiləri təşkil olunur. Çexlər əmindirlər ki, şəxsi nümunə uşaqlarda hər şeyə həvəs oyandırmağın ən yaxşı yoldur!
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO