Maraq dünyası
Rəqəmləri dünya standartına çevrilən DAHİ
Riyaziyyat həyatımızın mərkəzi bəlkə də ən qəliz nöqtəsidir. Kimininsə bezərək çözdüyü tənliklər, bir başqalarının zövq aldığı məsələlər, misallar. Heç düşünmüsünüzmü, niyə tənliklərdə məhz "X" istifadə olunur?!
Publika.az xəbər verir ki, məhz bu "X" fransız René Dekartın icadıdır.
Biz də məktəbdə riyaziyyatı məhz Dekart sistemi üzrə öyrənirik. Uzun illər riyazi tənliklərdə məchul rəqəmlər A,B və C kimi adlandırılıb. Həmin dövrdə çap makinası belə yox idi. Rəqəm və hərfləri qutulardan çıxarıb, vərəqlərin üzərinə qoyurdular. 1 saata səhifənin yalnız 100 işarəsini rənglə həkk etmək olurdu. Bu çətin prosesdə hərf və rəqəmlərin rəngi tez bitirdi.
Ən maraqlısı isə odur ki, eyni anda bir neçə kitab hazırlanırdı. Odur ki, ən çox istifadə olunan hərflərin qıtlığı yaşanırdı. Buna görə də çapla məşğul olan mütəxəssislər Dekarta məsləhət görürlər ki, tənlikləri üçün fransız əlifbasının ən az istifadə olunan hərflərindən- X,Y və Z-dən istifadə etsin. Beləliklə Dekart rəqabətdə digər həmkarlarını geridə qoyaraq kitablarının daha sürətli çapına nail oldu. O dövrdən bəri elm və texnika nə qədər inkişaf etsə də Dekartın rəqəmləri dünya standartına çevrildi.
Leyla Sarabi
-
İKT18:19ABŞ şirkətinin bu qərarı bütün smartfonları bahalaşdıracaq
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO
-
Magazin218:00Dünya ona, o isə rejissora heyrandır
-
Region16:21Ermənistanda doğum sayı azaldı
-
ABŞ15:46Tramp: "Mən gedəndən sonra hamınız müflis olacaqsınız..."
-
İdman15:07295 milyonluq yeyintiyə görə saxlanıldı
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO
-
İqtisadi gündəm13:50"Sədərək" və "Binə"nin satıcıları: "Vəziyyət çox pisdir!" - VİDEO






















.jpg)













